intertv.az
intertv.az

İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi

12-12-2015, 11:56 119 428 dəfə baxılıb

İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi




















Azərbaycan prezidenti məzarın önünə əklil qoyub, ehtiramını bildirib

Dekabrın 12-də Heydər Əliyevin vəfatının növbəti ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev, dövlət və hökumət nümayəndələri Fəxri Xiyabanda onun məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub, ehtiramını bildirib.

Azərbaycan Respublikasının dövlət himni səslənib.

Sonra prezident İlham Əliyev və ailə üzvləri oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək gül dəstələri qoyublar.

Ziyarət mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA