intertv.az
intertv.az

Rusiyada deputatı öldürdülər

5-12-2015, 13:10 107 692 dəfə baxılıb

Rusiyada deputatı öldürdülər




















Onu öz evində güllələyiblər

Kabardino-Balkariya parlamentinin deputatı və respublika Kliniki xəstəxanasının baş həkimi olan Xadis Bottarev şənbə günü - dekabrın 5-də öldürülüb.

Bu barədə “İnterfaks”a respublikanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

“Kabardino-Balkariya respublikasının parlamentinin deputatı, respublika kliniki xəstəxanasının baş həkimi cərrah Bottarevi öz evində güllələyərək qətlə yetiriblər”, - o deyib.

Agentliyə verilən məlumata görə, Rusiyanın İstintaq komitəsinin regional istintaq idarəsində qətl faktı üzrə cinayət işi açılıb.

İstintaqın versiyasına görə, qətl şənbə günü saat 8.45-də Nalçik şəhərində Xasanya kəndinin Çeqemski küçəsində yerləşən evdə baş verib.

“Zərərçəkən baş nahiyəsindən aldığı yaralardan hadisə yerində keçinib”, - məlumatda deyilir.

İstintaq hadisənin təfərrüatlarını aydınlaşdırmağa və şübhəlilərin axtarışına başlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA