intertv.az
intertv.az

ÇL: “Ayaks” “Real”ı Madriddə darmadağın edib

5-03-2019, 19:11 99 886 dəfə baxılıb

ÇL: “Ayaks” “Real”ı Madriddə darmadağın edib















Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. ONA-nın məlumatına görə, ilk 1/4 finalçılar Madrid və Dortmundda keçirilən qarşılaşmalarda müəyyənləşib. Hər iki matçdan sonra qonaq komanda mərhələ adlayıb.

Günün gözlənilməz nəticəsi İspaniya paytaxtında qeydə alınıb. Bu, son üç mövsümdə yarışın qalibi olan “Real” Hollandiya “Ayaks”ı ilə görüşünə təsadüf edib.

Səfərdə 2:1 hesabı ilə qalib gələn madridlilər evdə gözlənilməz məğlubiyyətlə üzləşib. Oyunun əvvəlində iki top vuran amsterdamlılar rəqib meydanında böyükhesablı qələbə qazanıblar – 4:1. Bu məğlubiyyətlə “Kral klubu” mübarizəni 1/8 finalda dayandırıbsa, hollandiyalılar növbəti mərhələyə yüksəliblər.
Dortmundda isə Almaniya “Borussiya”sı İngiltərə “Tottenhem”ini qəbul edib. İlk oyunda 3:0 hesabı ilə qalib gələn London təmsilçisi səfərdə də qələbə qazanıb.

“Tottenhem”in Dortmunddakı yeganə qoluna Hari Keyn imza atıb. Hər iki görüşdə əldə edilən qələbələr londonluları 1/4 finala daşıyıb.
Qeyd edək ki, 1/8 finalın cavab oyunları martın 6-da keçiriləcək iki görüşlə davam edəcək. PSJ (Fransa) “Mançester Yunayted”i (İngiltərə), “Portu” (Portuqaliya) “Roma”nı (İtaliya) qəbul edəcək.
Çempionlar Liqası
1/8 final
Cavab oyunlar
5 mart
“Real” (İspaniya) – “Ayaks” (Hollandiya) – 1:4
Qollar: Asensio, 70 – Ziyeh, 7, Neres, 18, Tadiç, 62, Şene, 72
Baş hakim: Feliks Brix (Almaniya)
Madrid. “Santyaqo Bernabeu” stadionu
İlk oyun – 2:1
“Borussiya” (Dortmund, Almaniya) – “Tottenhem” (İngiltərə) – 0:1
Qol: Keyn, 49
Baş hakim: Danni Makkeli (Hollandiya)
Dortmund. “Siqnal İduna Park” stadionu
İlk oyun – 0:3






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA