intertv.az
intertv.az

Azərbaycan istehsal etdiyi hərbi təyinatlı məmulatların ixracına dair danışıqlar aparır

19-02-2019, 05:28 84 187 dəfə baxılıb

Azərbaycan istehsal etdiyi hərbi təyinatlı məmulatların ixracına dair danışıqlar aparır















Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti fevralın 17-dən 21-dək Əbu-Dabidə keçirilən “İDEX-2019” 14-cü Beynəlxalq Müdafiə Sərgi və Konfransında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdədir.

Nazirlikdən verilən məlumata görə, tədbirə qatılan nümayəndə heyətinin sərgi çərçivəsində Tükiyənin “MKEK”, Rusiyanın “Rosoboronexport”, Serbiyanın “Yugoimport”, Birləşmiş Ərəb Əmirliklərinin “Mobile Land Systems” və “Tawazun”, Səudiyyə Ərəbistanı Krallığının “Military İndustries Corporation” şirkətlərinin rəhbər və nümayəndələri ilə görüşləri olub. Görüşlərdə hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdirilməsi və Azərbaycan istehsalı olan hərbi təyinatlı məmulatların ixracına dair müvafiq danışıqlar aparılıb.

“İDEX” sərgisi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın himayəsi altında BƏƏ-nin Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir.

Sərgi işini fevralın 21-dək davam etdirəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA