Tarix : 7-06-2018, 07:21 | Bölmə: gundem, bolge |
Beyləqan icra başçısının köməkçisi kimdir? - Bir müəmmanın izi ilə…














Rayondan cumhuriyyet.az-a daxil olan məlumata görə, Beyləqan rayon icra başçısının köməkçisi ilə bağlı ilginc təyinat prosesi həyata keçirilib. Məlumat üçün bildirək ki, icra hakimiyyətinin rəsmi internet saytında başçının köməkçisi kimi Məmmədov Tofiq Canbaxış oğlu göstərilib. Amma bu işin real icraçısı başqa bir şəxsdir.

Daxil olan məlumatda bildirilir ki, hazırda Beyləqan rayon icra başçısının köməkçisi kimi maaş kartı başqa bir şəxsin adınadır. Amma bütün bunlar yalnız saytda yer alan texniki yanlışlıqla bağlı deyil.

Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, hzırda başçının köməkçisi kim rəsmi ştat cədvəlində oturan şəxs uzun müddət sahibkar kimi fəaliyyət göstərib və Beyləqan rayonunda icra hakimiyyətinin təmir-tikinti işləri ilə məşğul olurdu. Son 3 ildə rayonda icra hakimiyyətinin xətti ilə həyata keçirilən bütün təmir işlərini iş adamının şirkəti həyata keçirib.

İddialara görə, həmin sahibkar icra başçısının vasitəsi ilə Beyləqan Suvarma Sistemləri İdarəsinin müdiri vəzifəsinə təyinat almaq istəyib. Lakin Meliorasiya və Su Təsərrüaftı ASC rəhbəri bu sahədə heç bir təcrübəsi olmayan şəxsin belə bir posta təyinatına razılıq verməyib.

Rayondakı mənbənin mövzu ilə bağlı iddialarına görə, “tender kralı"nın vəzifəyə getməsində müəyyən təmənnalar da olub. Cumhuriyyet.az-a daxil olan məlumata görə, məsələ alınmadıqda idarə müdiri olmaq arzusu ürəyində qalan iş adamı icra başçısından verdiklərini qaytarmağı tələb etməyə başlayıb. Lakin icra başçısı ona başqa bir vəzifə verəcəyi vədini verərək onu özünə köməkçi təyin edib.
(Reytinq:0)