intertv.az
intertv.az

Lənkəran Meşə Mühafizəsi və Bərpası Müəssisəsində 229 ağac kəsilib

29-05-2018, 09:13 90 dəfə baxılıb

Lənkəran Meşə Mühafizəsi və Bərpası Müəssisəsində 229 ağac kəsilib
















Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lənkəran rayonu meşə sahəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları, Lənkəran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) mütəxəssisləri tərəfindən dərhal araşdırılıb.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı ağacların Lənkəran MMBM-nin Haftoni meşəbəyliyinin 16 saylı dolayında kəsildiyi aşkar edilib. Əraziyə keçirilən baxış zamanı köküstə yaş 227.33 m3 həcmində müxtəlif cinsli 229 ədəd ağacın kəsildiyi və təbiətə 9209.33 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

Meşə fonduna dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA