intertv.az
intertv.az

Xalq artisti adı alan Muraddan prezidentə — TƏŞƏKKÜR

28-05-2018, 05:43 122 dəfə baxılıb

Xalq artisti adı alan Muraddan prezidentə — TƏŞƏKKÜR














Bu gün prezident İlham Əliyevin sərəncamı ilə “Xalq artisti” fəxri adına layiq görülən Murad Dadaşov ölkə başçısına təşəkkür edib.
Prezidentin mədəniyyət xadimlərini hər zaman diqqətdə saxladığını deyib: “Cənab Prezidentimiz İlham Əliyev hər zaman mədəniyyət sahəsində çalışan insanları, incəsənət aləminin nümayəndələrini xüsusi diqqətdə saxlayıb. O, Ulu Öndərimiz Heydər Əliyevin yolunu davam etdirərək, daim ölkəmizin hər sahəsinin olduğu kimi, mədəniyyət sahəsinin də inkişaf və tərəqqiyə doğru irəliləməsi üçün əlindən gələni edib və edir. Məni və əziz həmkarlarımızı, dəyərli sənətkarlarımızı fəxri adlara layiq bildiyi üçün bu gün inanılmaz qürur hissi keçirir və əziz Prezidentimiz İlham Əliyevə sonsuz təşəkkürlərimi bildirirəm. Prezidentimizin mənə göstərdiyi bu etimad, dövlət tərəfindən mənə layiq görülən bu yüksək fəxri ad mənə həvalə olunan böyük məsuliyyət hissi deməkdir. Bu ada layiq ola bilmək üçün mən bundan sonra qarşıma daha böyük məqsədlər qoyacağam və gördüyüm hər bir işdə, ərsəyə gətirdiyim bütün layihə və işlərdə Azərbaycanın adını daha da yüksəklərə daşımaq və ölkəmizin uğurlarını daha da artırmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Var olsun cənab Prezident! Var olsun birinci xanım Mehriban Əliyeva! Var olsun Azərbaycan xalqı! Həmkarlarıma görə də ikiqat sevinc içində olduğumu bildirir və hamını təbrik edirəm!”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA