intertv.az
intertv.az

Şahin Məmmədovun iflic etdiyi Ağcəbədi rayonu

17-08-2015, 13:55 123 dəfə baxılıb

Şahin Məmmədovun iflic etdiyi Ağcəbədi rayonu

















Ağcabədi rayonu zamanında respublikamızın ən qabaqcıl rayonlarından biri hesab edilib. Bunlardan əlavə Ağcəbədi rayonu bütün göstəricilərinə görə digər rayonlardan fərqlənib. Təəsüflər olsun ki, xatırladığımız rayon bu gün ən ağır günlərini yaşayır. Səbəb isə rayona rəhbərlik edən icra başçısı birbaşa məsüliyyət daşıyır

Lakin bəzi “ağzıgerçək”, bir sözlə “zurnalist” Ağcəbədi rayonu haqında təriflər yağdırır ki, sadaladıqlarımız qeyd edilən rayona aid deyil. Görünür, Ağcəbədi RİH- nin başçısı Şahin Məmmədov özünün “əlaltı” hesab etdiyi “zurnalistin” hop-gopla yazdıqlarından elə fərəhlənir ki, rayon da yaşanan ciddi problemlər sanki digər rayona aidir. Bu cür yalanlar heç bir icra başçısına başucalığı gətirməz. Ağcəbədi İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov rayon da gestapol rejimi yaradıb. Hörmətli icra başçısı Ş. Məmmədov bilməlidir ki, məmurun sahibkarlıqla məşqul olmağı qəti qadağandır.
Digər bir məlumat da isə bildirilir ki, Maliyyə Nazirliyi rayondakı səhiyyə müəssisələrində ciddi yoxlamalar keçirib və dərman preparatlarının alınması üçün ayrılan 200 min manat vəsaitin mənimsənildiyi ortaya çıxıb. Fakt aşkarlandıqdan sonra rayonun icra hakimi Şahin Məmmədovun əmri ilə Səhiyyə İdarəsinin müdiri Arif Quliyev vəzifəsindən azad edilib.
Qeyd edək ki, A.Quliyev həm də YAP-ın rayon təşkilatının sədri olub. Hadisədən sonra iə səhər vəzifəsindən azad edilən A.Quliyev ictimaiyyətin gözü qarşısında icra başçısının yaxasından yapışaraq «Mən 200 min manatı hesabdan çıxarıb, sənə vermişəm. Pulumu qaytar» deyib. Orada olan şəxslərin müdaxiləsindən sonra A.Quliyevi sakitləşdirmək mümkün olub. Yalnız bundan sonra Şahin Məmmədov rayon icra hakimiyyətinin binasına gedib.
Belə biabırçı olaylardan sonra Şahin Məmmədov dərhal vəzifədən azad edilməli idi. Amma icra başçısı və eyni zaman da “sahibkar” Şahin Məmmədov nəinki vəzifədən uzaqlaşdırıldı, əksinə rayonun “başbiləninə” sahibkar fəaliyyətinin artırılması üçün daha geniş şərait yaradıldı. Rayon sakinlərinin sosial problemlərinin həlli istiqamətində görüləcəyi işlər başçını narahat etmir.
Son məlumatlara görə rayon sakinləri Şahin Məmmədovun əməllərindən təngə gəldiyi üçün ölkə başçısına müraciət hazırlayacaqlar. Növbəti yazılarımızda Ağcəbədi RİH-nin başçısı Şahin Məmmədova məxsüs ölkə də və ölkə xaricində olan bütün obiyektlərin siyahısını təqdim edəcəyik. Biləcəksiniz ki, yuxarıda qeyd etdiyim “zurnalist”in Şahin Məmmədova verdiyi “bəy” tərifi əsassızdır.(dosye.org)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA