Tarix : 17-05-2018, 09:21 | Bölmə: gundem, bolge |
Cəlilabadlılar başçıya həsrət qalıblar... - "Üzünü görməmişik..."
















Cəlilabad rayonuna icra başçısı təyin olunmuş Namiq Zeynalov kabinetindən çıxmır

Cəlilabadlılar ondan narazılıq edirlər.

Sosial şəbəkədə statuslar paylaşan rayon sakinləri N.Zeynalovun üzünü belə görmədiklərini yazırlar.

Onların sözlərinə görə, Dövlət Əmlak Komitəsində vəzifə tutmuş və Kərəm Həsənovun kadrı olaraq bu posta təyin olunmuş N.Zeynalov hələ ki kreslonun dadını çıxarır.

Kabinetindən çıxmayan icra başçısı rayondakı vəziyyətlə, camaatın problemləri ilə maraqlanmayıb.

N.Zeynalov bir aztəminatlı ailənin, sosial yardım alan yuvanın qapısını açmalı, soyuducusuna baxmalı, rayondakı işsizlik, sosial problemlər barədə tapşırıqlar verməliydi.

Sakinlər sosial şəbəkələrdə yazırlar ki, icra başçısı K.Həsənov kursuna layiq olaraq əlini ağdan qaraya vurmayıb kabinetində əyləşir.

“Siz bu gün icra başçısı Namiq Zeynalovun qəbuluna girməyin. Aparatda sizə qarşı söz-söhbətlər var. Qəbula girsəniz, başçı ilə sizin aranızda xoşagəlməz münaqişə baş verə bilər.

Bu sözləri «Regionaz.tv»-nin rəhbəri Hüseynov Mürad Əli oğluna Cəlilabad rayon icra başçısının müavini Əliyeva Dürdanə Rafiq qızı deyib.

Açıqlama verən baş redaktor Murad Hüseynov, bildirib ki, icra hakimiyyətinin müavini Dürdanə Əliyeva bu sözləri martın 16-da Cəlilabad rayon icra hakimiyyətinin vətəndaşlarla keçirdiyi qəbul zaman deyib.

“Mən qəbulda 101-ci adam olaraq qeydiyyata alınmışdım. Qəbul otağında bir neçə aparat işçiləri var idi ki, onlar başçı ilə vətəndaşların görüşünü təşkil edirdi.

Dəhşətli məqam isə qəbul otağına tez-tez girib çıxan icra başçısının müavini Dürdanə Əliyeva, burada elə hərəkətlər edirdi ki, qəbula gələnlərin əksəriyyəti icra başçısından narazı qalıb, keçmiş icra başçısı Əziz Əzizovun yeri əskikdir.

Əzizi Əzizovun vaxtında bizi belə incitmirdilər deyərək, bu kimi ifadələr işlədib, qəbula gələnləri icra başçısı Namiq Zeynalovdan narazı salındığı hiss olunurdu.

Məlum məsələdir ki, İcra başçısının qəbuluna gələnlərin əksəriyyəti kövrək insanlar olaraq, dərdlərini deməyə gələnlərdir.

Bu insanlar rayon icra başçısının qəbuluna girməklə öz problemlərinin həll ediləcəyini düşünüb qəbula gəlirlər.

Murad Hüseynov: Vətəndaşları rayon icra hakimiyyəti ilə üz-üzə qoymaq olmaz. Əfsuslar olsun ki, başçının müavini Dürdanə Əliyeva Cəlilabad rayonuna yeni təyin edilən icra başçısı Namiq Zeynalovla vətəndaş arasında uçurum yaratmağa çalışır.

Qəbul otağında yaşından aıslı olmayaraq qəbula gələn insanlarla hədsiz dərəcədə kobud rəftarı diqqət çəkirdi”.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

//FİA.Az
(Reytinq:0)