Son Xəbərlər
Xərçəng riskini artıran ərzaq — Hər gün istifadə edirik 06:12Bürclər – 19 fevral 05:18Oturaq həyatın dəhşətli fəsadı ortaya çıxdı 05:37Soyuq suyun ağlasığmaz faydaları — Kişilər üçün 05:33Qadın və kişilərdə seks hormonlarını artıran meyvə — Min bir faydası var 05:30Bürclər – 18 fevral 05:04“Nar” müştəri məmnuniyyəti üzrə yüksək artım nümayiş etdirib 19:22Alimlərdən xəbərdarlıq — Az yatmaq ölümcül fəsadlara yol açır 08:18Uşağın cinsini açıqlamaq qadağan ediləcək, amma necə? 06:33Bürclər – 16 fevral 06:27Biznesin inkişafı üçün “Nar”-dan korporativ müştərilərə yenilənmiş təkliflə 07:16Bürclər – 15 fevral 05:20Bürclər – 14 fevral 05:16Bürclər – 13 fevral 05:18Bu tərəvəzi yeyən qripə yoluxmur — Qara yerkökünün faydaları 05:58

"Belə yazılar rəğbətlə qarşılanmır" - Ramil Usubov onu tərifləyən jurnalistləri qınayıb

Daxili İşlər Nazirliyi mətbuatı Ramil Usubovun özünü və xidməti fəaliyyətini təqdir edən məqalələrə son verməyə çağırıb.
Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov apa-ya bildirib ki, Kütləvi İnformasiya Vasitələrində Daxili İşlər Nazirliyinin rəhbərliyində təmsil olunan vəzifəli şəxslərin, xüsusən nazir Ramil Usubovun özünü və xidməti fəaliyyətini təqdir edən silsilə məqalələrə rast gəlinir:
“Müəlliflərinə təşəkkür etməklə yanaşı onu da nəzərlərinə çatdırmaq istərdim ki, belə yazılar şəxsən nazir Ramil Usubovun özü tərəfindən heç də rəğbətlə qarşılanmır, əksinə hər dəfə göstəriş verir ki, yazı müəllifinə və ya məqalənin dərc edildiyi KİV-in rəhbərinə onun etirazını çatdıram. Çünki bu xarakterli yazılar son vaxtlar o qədər çoxalıb ki, istər-istəməz oxucuda onların bir mərkəzdən məqsədli şəkildə təşkil olunduğu qənaəti yaradır.
Hamının təvazökar və eyni zamanda əsaslı tənqidi sevən bir insan kimi tanıdığı Ramil Usubovun belə təriflərə ehtiyacı yoxdur. O, dövlət və xalqı qarşısında öz vəzifə borcunu yerinə yetirir və onun da fəaliyyətinə qiyməti verən cənab Prezidentdir. Vətəndaş isə təşəkkürünü və ya iradını KİV-də ictimailəşdirməklə deyil, fərdi qaydada DİN-in ünvanına göndərə bilər.
O ki, qaldı hörmətli mətbuat nümayəndələrinə, onların da konkret olaraq nazir və ya başqa vəzifəli şəxs barədə deyil, yaxın zamanda öz 100 illik yubileyini qeyd edəcək Azərbaycan Polisinin ümumi fəaliyyəti barədə yazmaları daha səmərəli və məqsədəmüvafiq olardı”.
(Reytinq:0)