Tarix : 16-05-2018, 05:31 | Bölmə: dunya |
Tramp müsəlmanların Ramazan bayramını təbrik edib















ABŞ prezidenti Donald Tramp müsəlmanları Ramazan ayının başlaması münasibətilə təbrik edib.
"TASS xəbər verir ki, bununla bağlı ABŞ prezidentinin bəyanatında bildirilir.

"Ramazan bizə müsəlmanların Amerikanın dini landşaftına əlavə etdiyi sərvəti xatırladır. Bizim konstitusiyamız müsəlmanların öz vicdanlarının hökmlərinə uyğun olaraq və hökumət tərəfindən hər hansı maneəsiz Ramazana riayət etməsinə zəmanət verir", - deyə Trampın bəyanatında deyilir.
ABŞ prezidenti qeyd edib ki, xeyli insan Ramazanı bayram edir. "Melanya və mən onların mübarək ayda verdikləri ümidlərinə qoşuluruq. Ramazanınız Mübarək", - deyə Tramp sözlərini yekunlaşdırıb.
(Reytinq:0)