intertv.az
intertv.az

Sevgili cütlük bankdan 20 milyon dollar oğurladılar – VİDEO

17-08-2015, 13:20 68 dəfə baxılıb

Sevgili cütlük bankdan 20 milyon dollar oğurladılar – VİDEO






















Baş verənlərin hamısı kameralar ilə qeydə alınıb

Ötən şənbə günü Moskva vilayətinin Ximki şəhərində Yubileynı prospektində “Sberbank”ın 21 yaşlı əməkdaşı öz sevgilisi ilə bankdan 20 milyon rubl (322 802 AZN) oğrulayıb.

LifeNews-un sərəncamında bütün baş verənlərin qeyd olunduğu video var.

Qeyd etmək lazımdır ki, cinayətkarlar video-müşahidə sistemini söndürməyə cəhd ediblər, amma bacarmayıblar.

Polisə kredit təşkilatının seyflərin üzərində qırılmış möhürləri görən, mühafizəçi müraciət edib.

Hüquq-mühafizə orqanı əməkdaşları müəyyən ediblər ki, əməliyyatçı-kassir idarəçidən açarları oğurlayaraq dublikatını çıxarıb, daha sonra isə məhz həmin açarlardan istifadə edib.

Mayanın sevgilisi artıq iki ilə yaxın idi ki işsiz olub. 23 yaşlı Aleksey təsadüfi işlərdən pul qazanırmış, bu işlərdən isə çox gəlir əldə etmək mümkün deyilmiş. Cütlük əsasən Mayanın məvacibi hesabına yaşayırmış.

Versiyalardan birinə görə, “Sberbank”ın əməkdaşı və onun sevgilisi 20 milyon rubldan çox pulu oğurladıqdan sonra Abxaziyaya qaçmağa hazırlaşırmışlar. 21 yaşlı Mayanın valideynləri qızlarının onları əvvəlcədən dənizə getmək istəyi barədə xəbərdarlıq etdiyini söyləyiblər.

Mayanın atası, 21 yaşlı qızının bu addımı necə atdığını anlaya bilmir.

Onun sözlərinə görə, qızı “Sberbank”dakı işindən çox razı idi və gələcəkdə bu işdə irəliləməyi düşünürdü.

Əməliyyatçının valideynləri Mayanın bu cinayətə məhz sevgilisi tərəfindən sövq edildiyindən əmindirlər.

https://www.youtube.com/watch?v=lBP5iinhvsk






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA