Tarix : 14-05-2018, 05:04 | Bölmə: medeniyyet |
Prodüserdən müğənnilərə ağır sözlər: “Ay məxluqlar, tumanınızdan, ərinizdən…”















“Space” TV-nin prodüseri Sənan Sərdaroğlu bəzi müğənnilərin ünvanına ağır sözlər söyləyib.

Minval.info xəbər verir ki, buna səbəb sənət adamlarının onun telefon zənglərinə cavab verməməsidir. S.Sərdaroğlu isə onların davranışına olduqca sərt reaksiya verib.

“Deyirəm, zəmanənin işinə bax. Vaxtilə efirə çıxmaq üçün mənə aylarla yalvaran, indi özlərini populyar hesab eden, pulla titul alan müğənnilərimizin bir çoxu telefon zənglərimə cavab vermir, məşğuldursa da geri zəng vurmur” – Sənan bəy deyib.

Prodüser daha sonra sözügedən sənətçilərə “məxluq” deyə xitab edib. Eyni zamanda onların sınmağa layiq olduğunu söyləyib:

“Eybi yox, sizi siz edən bizik ay unutqan məxluqlar. Necə ki, bizlərdən asılı olmusunuz yenə də olacaqsınız. Sizə verilişə çağırıb tumanınızdan, ərinizdən, yatağınızdan danışanlar lazımdır. Buna öyrəşmisiniz. Hər şey aydındır. Siz elə sınmağa layiqsiniz”.
(Reytinq:0)