Tarix : 8-05-2018, 06:14 | Bölmə: texnologiya |
Kosmosa köç planına zərbə — Ay tozu zəhər saçır















Ayda koloniyaların qurulması barədə müzakirələr davam edir.
Alimlər yeni bir faktın üstünü açıblar. Məlum olub ki, Ay tozu insan hüceyrələrini öldürərək xərçəngə səbəb olan təhlükələr yaradır.

Bir müddət əvvəl isə kosmonavtların Aya geri qayıdacağı və orada bir kosmik baza quracaqları müzakirə edilirdi. Amma “Stony Brook” universitetinin alimləri yeni araşdırmanın nəticələrini açıqlayıblar. Tədqiqatlara görə, Ay tozuna məruz qalmaq ciddi təhlükə mənbəyidir. Aydan gətirilən torpaq üzərində aparılan təddiqat göstərib ki, toz parçaları insanın ağ ciyər hüceyrələrinin 90%-ini məhv edir. Siçanlar üzərində aparılan təcrübə sübut edib ki, toz neyronları və sinir hüceyrələrini də yox edir.
Ayda atmosfer olmadığı üçün torpaq milyonlarla ildir ki, isti dəyişikliyi, kosmik şüalanma və meteorlarla toqquşmaya məruz qalıb.
(Reytinq:0)