Tarix : 25-05-2018, 10:05 | Bölmə: gundem, bolge |
Sürücülük vəsiqəsi satılır - Özbaşınalıq



















Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov cənabına

Azərbaycan Respublikasının Daxili İşlər Naziri Ramil Usubov cənabına

Bakı şəhəri, Binəqədi rayon Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi 4-cü mədən ərzisi fərdi evdə yaşayan Comərdov Elxas Səfi oğlu tərəfindən (tel: 055 799 73 28)


MÜRACİƏT


Çox hörmətli Baş Prokuror!

Çox hörmətli Ramil müəllim!


Çox vaxt dövlət rəsmilərindən, hər hansı bir təşkilatda baş verən rüşvətxorluq, korrupsiyaya halından danışanda təxminən belə bir açıqlama verirlər: - “Hamı danışır, fakt istəniləndə heç kim ortaya gəlmir”. Amma ortaya gəlib, həmin təşkilatın rəhbərliyindən kömək istənilir, faktın araşdırılması, pulun qaytarılması xahiş olunur, sənə qarşı elə təzyiq vasitəsinə əl atırlar ki, adam bilmir gülsün, yoxsa ağlasın..

Təxminən bir il bundan əvvəl kürəkənim (keçmiş ona görə yazmıram ki, hələ məhkəmə qərarı yoxdur) Ağsu rayon Ləngəbiz kənd sakini Beybudov Elgün İnşallah oğluna sürücülük vəsiqəsi almaq məqsədinə gəldik. Ümumi mənzərəni təxmini bildiyimizdən vəziyyətin tam öyrənilməsini qərarlaşdırdıq. Öyrəndik ki, buna görə kürəkənim Qohum hər hansı sürücülük kurs bitirməsinə dair arayış almaqdan ötürü adını hansısa sürücülük kursuna yazdırmalıdır. Və bundan sonra həmin arayışla, qeydiyyatda olduğu rayonun Daxili İşlər Nazirliyinin nəzdində olan, sürücülük vəsiqəsi verən idarəyə müraciət etməlidir. Bu məqsədlə, kürəkən özü öyrənib bizə bildirdi ki, məktəb və ya bu sahədə yerləşən Biləcəri qəsəbəsində fəaliyyət göstərən (sürücülük vəsiqəsi aldığı sənədlərin içində arayışda yer və ünvan dəqiq göstərilməlidir) kursların birindən 130 (yüz otuz) manatın müqabilində 40-45 günə tələb olunan həmin arayışı ala bilər. Bu ərəfədə də mən həmin sürücülük vəsiqəsi verən idarənin məsul şəxslərinin birinə çıxış üçün etibarlı bir adam axtarışına çıxdım. Kürəkən Qohum yenə özü, özünün tanıdığı adam vasitəsi ilə bu işlə məşğul olan birini tapdı. Bu adam kürəkən Qohuma bu işi 960 (doqquz yüz altmış) manat müqabilində görəcəyinə yəni sürücülük vəsiqəsi alıb verəcəyinə söz verir. Mən isə tanışlarıma hər dəfə zəng vuranda – “müəllim, tələsmə”, “danışmışam”, “bu həftə cavab verəcəklər” – deyib məni arxayın edirdilər. Mənim bu vəziyyətdə məcburən gözləməyimə dözməyən kürəkən Elgün 960 (doqquz yüz altmış) manatın müqabilində, bir günün içində gedib sürücülük vəsiqəsini alacağına məni inandırdı. Məcbur olub onunla, etibar etdiyim, oğlumun

dostunu kürəkən Qohumla yola saldım. Həmin gün sürücülük vəsiqəsi almaq üçün Ağsu rayonuna yola düşən Qohum və oğlumun dostu və Elgünün tanışı Ağsu rayonunda sürücülük vəsiqəsini almaq üçün bizim nəzərdə tutumadığımız dövlət rüsumunu ödəyir. Verilən məbləğin üstündən bir 60 (altmış) manata qədər xərclənir. Həkimdən arayış və sürücülük vəsiqəsinə görə rüsum. Günortadan xeyli keçmiş kürəkənlə əlaqə saxlayanda bildirdi ki, işləri növbəti həftəyə qaldı, ona görə pulu və sənədləri kürəkənin tanışı “makler” kimi fəaliyyət göstərən Qubad adlı adamda qoyub gəldiyini bildirdi. Mən tanışlarımın həftənin sonuna mənə bir cavab verəcəklərini, nə qədər də olmasa ondan ucuz başa gələcəyini düşünüb, pulu və sənədləri, özünün tapdığı adamdan alıb gətirməsini tələb etdim. Ağsudan xeyli aralandığını, artıq Bakıya gəldiklərini bildirən kürəkəndən pulu və sənədləri alıb gətirməsini bir daha tələb etdim. Kürəkən geri, Ağsuya qayıdır, həmin adamı tapır. Nədənsə puldan 100 (yüz) manat və sənədləri, özü tapdığı adamda qoyub qalan pulu alıb gətirir. Düşündüm ki, eybi yox, əlaqəni qırmamaq üçün bəlkə də yaxşı edib. Kürəkən həmin “makler”in “bacarığ”ından elə ağız dolusu danışırdı ki, deyilən məbləğdən pulun az olmasına işin gələn həftəyə qalmasında məndə şübhə yeri qoymadı. Həftənin sonuna mənim tanışım Təbriz Aslanov mənə zəng edib bildirdi ki, bəs həmin idarə rəisinin əmisioğlu ilə danışıb. Gələn həftə kürəkən gedər Ağsu rayonuna 860 (səkkiz yüz altmış) manatı və sənədləri, rəisin köməkçisi və sürücüsü olan Fərid adlı şəxsə verib desin – “Səməndər müəllimin dediyi adamam”. Mən bunu kürəkənimə deyib növbəti həftə onu Ağsu rayonuna sürücülük vəsiqəsi almaq üçün göndərdim. Kürəkən Fərid müəllimi tapıb, Səməndər müəllimin dediyi kimi, özünü təqdim edib, 860 manat pulu və sənədləri Fərid müəllimə verib. Fərid müəllim pulu və sənədləri kürəkənim Qohumdan götürüb, rəisin müavini olan Fikrət müəllimin yanına gedib. Fikrət müəllimin yanından çıxan Fərid müəllim, kürəkənim Qohuma gözləməsini tapşırıb, çağıranda gəlməsini bildirib. Kürəkən Qohum da Fərid müəllim tapşırdığı kimi gözləyib. Bir xeyli keçəndən sonra kürəkəni imtahan və digər prosedur qaydalarından keçmək üçün Fərid müəllim içəri dəvət edib, imtahan verib, digər prosedur qaydalardan keçən kürəkən, şəkil çəkdirib, sürücülük vəsiqəsi alma ərəfəsində nədənsə sıradan çıxarılır. Fərid müəllim, kürəkən Qohumu yanına çağırıb “makler” kimi fəaliyyət göstərən Qubadı haradan tanıdığını soruşub. Onunla hansı əlaqələrinin olduğunu öyrənib. Pulu və sənədləri kürəkən Qohuma vermək istəyib, bildirib ki, hələlik get, özüm bir-iki həftəyə zəng edib çağıracam. Hələlik qoy ara sakitləşsin deyib Fərid müəllim. Lakin kürəkən Qohum elə həmin an mənə zəng edib, Fərid müəllimin sənədləri və pulu qaytarmaq istədiyini bildirdi. Məsələdən agah olandan sonra kürəkən Qohuma telefonu Fərid müəllimə verməsini xahiş etdim. Fərid müəllimlə əlaqə saxlayıb, məsələnin niyə belə alındığını soruşdum. Fərid müəllim tərəddüddən sonra bildirdi ki, narahatlığa ehtiyac yoxdur, sadəcə Elgün xoş olmayan biri ilə əlaqə qurub, məsələni o da bilir.

Rəisin yanına girib bu işə maneçilik göstərməyi bacarıb. Odur ki, Elgünə və digər yerlərdən öyrəndiyim məlumatların mənə diqtə etdiyi bir çox narahatçılığı Fərid müəllimin diqqətinə çatdırmada, xahiş etdim mehribançılıqla, ona güvəndiyimizi göstərmək jesti ilə xahiş edib bildirdim ki, “Fərid müəllim, pulu verəcəksən ona (kürəkən Qohumu nəzərdə tuturdum) yolda “düzəldib qoyaram” – deyib üstündən götürüb xərcləyəcək və yaxud da gətirib mənə verəcək, işim çıxacaq – “düzəldərəm” deyib mən götürüb xərcləyəcəm. Siz də çağıranda yanınızda üzü qara qalacam. Odur ki, pul qoy sizdə qalsın. Fərid gülüb mənimlə razılaşdı. Nəticədə sağollaşıb telefon söhbətimizi, pulun onda qalmasına razılaşaraq bitirdik. Fərid müəllim də bundan sonra cibindən 20 (iyirmi) manat çıxarıb kürəkənim Qohuma yol pulu verir ki, narahat olmasın, çağıranda gələr. Qohum qayıdıb evə gələndən sonra məsələnin niyə belə olduğunu soruşdum. Kürəkən bildirdi ki, həmin Qubaddan, yəni “makler”dən orada (yəqin idarəni nəzərdə tuturdu) hamı qorxur, ehtiyatlanır. Niyəsini soruşanda Elgün dedi ki, belə olmasaydı hər dəfə sürücülük vəsiqəsi veriləndə onun gətirdiyi adamların 1-2-nə problemsiz vəsiqə yazılıb verilir. Həqiqətən bu söhbətdən sonra, bir acı təbəssüm üzümə qondu. Özüm-özümə sual etdim. – necə yəni, qanunlarla idarə olunan dövlət qurumu bir maklerin əlində bu qədər aciz qalır..? İki həftə keçdi, Fəriddən zəng gəlmədi. Kürəkən rayona getmək məcburiyyətində qaldı. Yolüstü Fərid müəllimlə də görüşüb. Fərid müəllim sabah, səhər tezdən gəlib imtahan verib, 15 dəqiqənin içində sürücülük vəsiqəsini hazırlayıb verərik deyib. Kürəkən Qohum səhər tezdən, Fərid müəllim dediyi kimi idarədə olur. Tez-tələsik imtahan götürülür, sürücülük vəsiqəsi hazırlanır. Bu ərəfədə idarənin həyətində gözləyən kürəkən Qohuma “makler” kimi tanıdığım, Qubad yaxınlaşır. Bildirir ki, “bilirəm, vəsiqən hazırlanır, narahat olma, çağırmışdılar, razılığımı verim, razılaşdım. Onu da bil ki, mən istəməsəydim sənə sürücülük vəsiqəsi verilməyəcəkdi”. Hətta bildirir ki: “İnanmırsan?”. Kürəkən isə ona təşəkkür edib sakitcə vəsiqəsini alıb gəlir.

Yuxarıda qeyd etdiyim kimi, təxminən bir il bundan əvvəl şərh etdiyim formada baş verən prosesdə, kürəkənim Qohuma sürücülük vəsiqəsi alınması üçün verdiyim, həmin gün alınmadığına görə göndərdiyim pulun Ağsu rayon sürücülük vəsiqəsi verən idarənin rəis köməkçisi və sürücüsü kimi mənə təqdim olunan və o cür də tanıdığım Fərid müəllimdə qalmasını xahiş etdiyim 860 (səkkiz yüz altmış) manat pulun 840 (səkkiz yüz qırx) manatını geri istəmək məcburiyyətində qaldım. 20 (iyirmi) manat, kürəkənim Qohuma yol pulu verildiyinə görə, məbləği belə tələb edirəm. Mən bu barədə Ağsu rayonuna, Fərid müəllimə yazmış olduğum müraciətin surətini göndərdim. Məktubun Fərid müəllimə verilməsindən heç on dəqiqə keçməmiş artıq yeddinci ay idi ki, bizimlə əlaqə saxlamadığımız, məndən ötrü idarənin rəisinə çıxan, söylənilənə görə əmisi oğlu olan Səməndər müəllimi tapan, tanışım Təbriz Aslanov mənə zəng etdi. Çatdırıb zənginə cavab verə bilmədim. Bu zaman Təbrizin və mənim tanışım olan adam mənə zəng edib,

Təbrizin telefonuna niyə cavab vermədiyimi soruşdu. Ona bildirdim ki, həqiqətən çatdırıb aça bilmədim. Bu tanış məsələnin nə olduğunu soruşdu, ona izah edib, danışığı qurtarandan sonra Təbriz müəllimə zəng etdim. Vəziyyəti izah edib, bildirdim ki, lap kim gəlir gəlsin, nə baş verir, versin, mən bu pulun qaytarılmasında israrlıyam, buna nail olmaq üçün bütün variantlardan istifadə edəcəm. Məsələni və vəziyyəti izah edib bir daha Təbrizdən üzr istədim. Təbriz isə Səməndər müəllimlə, Fərid müəllimlə danışdığını, mənim başqa yerə şikayət edib etmədiyimi soruşdu. Mən tam səmimi olaraq Təbriz müəllimə bildirdim ki, mənim göndərdiyim pul mənə qaytarılsın, qurtaraq. Təbriz bildirdi ki, həmin 860 (səkkiz yüz altmış) manatı Fərid, Səməndər müəllimlə mənim boynuma qoyub. Bir həftənin içində biz tapıb ödəyəcəyik. Mən buna etiraz edib bildirdim ki, Sizə xahişimdən sonra əmioğlunun məni tapşırdıqdan sonra 960 (doqquz yüz altmış) manatdan 100 (yüz) manat çıxıb 860 (səkkiz yüz altmış) manat alırlar, ödəmə, qaytarma gələndə siz niyə ödəməlisiniz?

Axı mən pulu kürəkənimdən göndərmişəm, pul da sürücülük vəsiqəsi alınması üçün, Səməndər müəllimin, əmioğlunun rəisindən xahişindən sonra Fərid müəllimə verilib və Fərid müəllimdən telefonla həmin pulun Fərid müəllimdə saxlanmasını xahiş etmişəm. Niyə aldıqlarını qaytaranda belə əziyyətə düşürlər..? Əmioğlunun sözünün 100 (yüz) manat dəyəri olduğuna görüb mən pulumun qaytarılmasında israrlayım. Təbriz məndən heç hara şikayət etməməyimi, bir həftə gözləməyimi xahiş etdi. Mən də razılaşdım. Lakin Fərid müəllim kimlərlə məşsləhətləşir, kimlə söhbətləşir və ya özü qərara gəlir bilmirəm, gedib kürəkənim Qohum u çağırtdırıb, yoxsa özü Bakıya gəlib ya da buradan kiminsə vasitəsi ilə izahatın alıb işə tikir ki, guya Qohum imtahan verib sürücülük vəsiqəsi alıb. Mən bunun belə olacağını bilirdim. Hətta mənim digər variantlarım da vardı. Mən buna rəğmən hörmətli nazir Ramil Usubov cənabına, Dİn-nin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov cənabına elektron, onlayın müraciət ünvanladım. Müraciətimdən xeyli keçib. Bildirdim ki, lap Qohumun dünyasını dəyişlənlərindən izahat al, mən pulumun qaytarılmasında israrlıyam və mübarizəmi aparacam.

Hörmətli Prokuror!

Hörmətli Ramil müəllim!


Keçək müraciətimin girişində yazdığım ikinci məqama. Yəni təzyiq metoduna. Deməli may ayının 2-də gecə saat təxminən 2:30 radələrində, şirin yuxuda olduğum bir vaxtda, birdən oğlum gəldi ki, ata, bəs polisdəndi, sahə inspektoru səni istəyir. Düzü elə bir əməlin sahibi olmadığından, sakitcə əynimi geyinib həyət darvazasına yaxınlaşdım. 6-7 nəfər polis əməkdaşları, tanıdığımdan salamlaşıb, məsələnin nə yerdə olduğunu soruşdum. Məndən soruşdular ki, Qohumu axtarırıq, burada deyil ki? Onlara Qohumla iki ay olar qurtardığımı, Elgünün burada heç bir zaman yaşamadığını, uşaqlarımı da iki ay olar ki, evimə gətirdiyimi deyib, soruşdum nə baş verib axı?! Bildirdilər ki, bəs Elgün haradasa

birini vurub, lazımdı. Düşündüm ki, vəziyyət gör nə boyda ağırdır ki, bu qədər adam, iki maşında, gecənin bir aləmində Elgünün güman olunan ünvanlarda axtarırlar. Vurulanın vəziyyətinin ağır olduğunu söylədilər və sağollaşıb getdilər. Düşündüm ki, gecə bu vaxtı, qatı, silahlı, ağır bir cinayətkarı axtarırlarmış kimi hay-küylü əməliyyat keçirirlərsə vəziyyət doğurdan da ağırdır. Ya vurulan (varsa) ağırdı, ya da ölüb. Bu düşüncələrlə səhəri necə deyərlər, “diri gözlü” açdım. Səhər saat 9-a qədər mümkün olan variantlardan sitifadə edib, Sulutəpənin “palajeniyasına” baxanlardan belə bir hadisənin olub olmamasını soruşdum. Biri “dördyol” təəfdə olduğunu, biri də “Ayaz” marketin yaxınlığında olduğunu söylədi. Məlumatlar mənim şübhələrimi mənə bu üsulla təzyiq göstərildiyinə gətirib çıxardı. Deyilir ki, həmin gün Qohum özünün ad gününü qeyd edənlərində tanımadıqları bir nəfər bunların stolunda oturur. (şübhəyə əsas verirmi..?) Və bir azdan söyüş söyməyə başlayır (ictimai yerdə). Məclis sahibi və onunla oturanlar tanımadıqları və stollarında oturanı intizama dəvət etsələr də mübahisə düşür, guya bu tanışlar, tanımadıqlarını vurur. Nəticədə üzlü, çağırılmamış qonaq ağır xəsarət alır, ərazidə olan 40-cı polis bölməsinə gələrək ərizə yazır. Və elə bunun nəticəsi olaraq gecə 2:30-da silahlı, ağır cinayət törətmiş qatı cinayətkarın tutulması üçün 7 nəfərlik heyətlə iki maşında əməliyyat keçirən polis əməkdaşlarımıza şifahi də olsa təşəkkür etmək məcburiyyətində qaldım. Saat 10 oldu, 11 oldu, axşam oldu Qohumun sorağı gah şəhərdən, gah “Avtovağzal”dan, gah kafelərin birindən, gah da polis bölməsindən gəldi. O gecə ki, əməliyyatdan sonra, adı ağır xəsarət yetirmədə hallanan, ictimai yerdə kütləvi dava salan, (özü də ictimai yerdə xuliqanlıq sayılır) sərbəst gəzməsi, səhəri öz işində işləməsi şübhələrimin düzgünlüyünə dəlalət verdi.

Hörmətli Baş Prokuror!

Hörmətli Ramil müəllim!

Təsvir etdiyim kimi keçirilən bu əməliyyat olmuş hadisəyə görədirmi, yoxsa mənim Sizə müraciətimdə tələbimdən əl çəkməyimə görə mənə təzyiq vasitəsidir? Yox əgər Qohum o cür vahiməli əməliyyat nəticəsində səhər, o biri gün, bu gün sərbəst gəzirsə deməli mənim şübhəmə əsas var. Yox əgər hadisə olubsa, buna görə o vahiməli əməliyyatı keçirib məni yuxudan edən polis əməkdaşlarından bəri başdan üzr istəyirəm. Yox əgər bu olmayıbsa, (o cür əməliyyatdan sonra o mütləq saxlanılmalıydı). Sizdən xahiş edirəm bu iş ciddi araşdırılsın, mənə və ailə üzvlərimə qarşı bundan sonra ər hansı hadisə baş verəcəksə məsuliyyət DİN-nin üzərinə qalacaq. Odur ki, Sizdən hər iki işin ciddi araşdırılmasını bir daha xahiş edirəm.

Əvvəlcədən təşəkkürümü bildirirəm. Onu da diqqətinizə çatdırıram ki, neçə gün idi hər gün e-mail ünvanıma girib cavab gəldiyini yoxlayırdım, fikirləşirdim ki, buradan bura, onlayn müraciətə bu cür laqeydlik göstərilirsə, hörmətli prezidentimizin tövsiyyə və tapşırığına görə, Nazirlər Kabinetinin qərar və daxili

nizamnaməsinə görə, bölgələrimizə səfər edən, nazir və komitə sədrlərinin vətəndaşları qəbul etməsində də bu laqeydlik mövcuddur...?

Səhəri gün telefonuma mesaj gəldi ki, məktubunuz bu nömrəylə qeydiyyata alınıb. Düşünür və düşündüm ki, adicə bir məktub yazıb, “yazılanlar təsdiqini tapmadı” və ya “daxili tədqiqat nəticəsində yazılanlar sübut olunmadı” məzmunda bir cavab yazarlar, mən şiakyətimi daha yuxarı orqanlara edərəm. Amma heyif, gözləyək, görək.

İmza: E.S.Comərdov

tarix: “___” may 2018-ci il
(Reytinq:0)