intertv.az
intertv.az

Barda tanış olduğu qıza görə adam vurdu – “Elnarənin sinəsindən tutdu…”

2-05-2018, 07:52 76 dəfə baxılıb

Barda tanış olduğu qıza görə adam vurdu – “Elnarənin sinəsindən tutdu…”














Barda tanış olduğu qıza sataşan şəxsi vuran gənc hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində barda qıza sataşan şəxsə ağır xəsarət yetirməkdə təqsirləndirilən İslam Yusifovun məhkəməsi keçirilib.

Hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə prokuror ittiham aktını elan edib.

İttihamda yazılır ki, İ.Yusifov gecə saatlarında paytaxtın Nizami rayonunda yerləşən “Siyah-beyaz” gecə klubunda əylənərkən Kamil Cəlilovun orada işləyən Elnarə adlı qıza dəfələrlə yaxınlaşdığını görüb və əsəbiləşib.

Bundan sonra K.Cəlilov bir dəfə qızın yaxasından tutduğu üçün İ.Yusifov ona yaxınlaşaraq iradını bildirib və mübahisə ediblər.

Daha sonra o, Kamili izləyib və Qara Qarayev prospektində yerləşən binaların həyətində onu arxadan vuraraq yerə yıxıb və döyüb. Nəticədə K.Cəlilov baş və bədən nahiyəsindən ağır xəsarətlər alıb.

Məhkəmədə ifadə verən Yusifov özünü qismən təqsirli bildiyini deyib: “Elnarə ilə klubda tanış olmuşduq, orada işləyirdi. Onu əvvəldən tanımırdım. Həmin gün ailəmi rayona göndərmişdim, özüm də gecə kluba getdim. Mən də içkili idim, Elnarə də. Kamil bir neçə dəfə qıza yaxınlaşdı, o “otval” verdi. Sonra da qızın yaxasından tutdu, yaxınlaşıb ona dedim ki, bu nə hərəkətdir edirsən. O da məni söydü, mübahisə etdik, sonra aralaşdıq. Mən onu vurmaq istəmirdim, böyük bir səbəb də yox idi. İndi Kamillə barışmışıq”.

Prosesdə zərərçəkmiş K.Cəlilov iştirak edib. O, isə ifadəsində İ.Yusifovun yalan danışdığını deyib: “Mən qıza cəmi bir dəfə yaxınlaşdım. Bu oğlan klubda qızla bağlı mənə hər hansı bir irad bildirmədi. Orada öz aramızda mübahisəmiz düşdü, sonra sakitləşdik. Mən səhərə yaxın saat 5-də evə getdim. İçkili idim deyə bir az binanın həyətində dayandım ki, özümə gəlim. Siqaret çəkəndə kimsə məni arxadan vurdu, nə ilə vurduğunu da bilmədim. Məni İslamın vurduğunu da görmədim. Sadəcə istintaqda dedim ki, hadisədən əvvəl klubda bir oğlanla mübahisəmiz düşmüşdü”.

Məhkəmə prosesi mayın 8-də davam edəcək.

Qeyd edək ki, İ.Yusifov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.

Musavat.com






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA