Son Xəbərlər
Xərçəng riskini artıran ərzaq — Hər gün istifadə edirik 06:12Bürclər – 19 fevral 05:18Oturaq həyatın dəhşətli fəsadı ortaya çıxdı 05:37Soyuq suyun ağlasığmaz faydaları — Kişilər üçün 05:33Qadın və kişilərdə seks hormonlarını artıran meyvə — Min bir faydası var 05:30Bürclər – 18 fevral 05:04“Nar” müştəri məmnuniyyəti üzrə yüksək artım nümayiş etdirib 19:22Alimlərdən xəbərdarlıq — Az yatmaq ölümcül fəsadlara yol açır 08:18Uşağın cinsini açıqlamaq qadağan ediləcək, amma necə? 06:33Bürclər – 16 fevral 06:27Biznesin inkişafı üçün “Nar”-dan korporativ müştərilərə yenilənmiş təkliflə 07:16Bürclər – 15 fevral 05:20Bürclər – 14 fevral 05:16Bürclər – 13 fevral 05:18Bu tərəvəzi yeyən qripə yoluxmur — Qara yerkökünün faydaları 05:58

“Turistləri aldadan taksi sürücüləri cəzalandırılmalıdır” — deputatdan AÇIQLAMA

Milli Məclisin deputatı Musa Quliyev Bakıda “London taksiləri” kimi tanınan taksi sürücülərinin xarici turistlərə qarşı yol verdikləri dələduzluq hərəkətlərini sərt şəkildə pisləyib.
M.Quliyev “Ölkə.Az”-a açıqlamasında bildirib ki, bu cür hallar taksi sürücülərinin nadanlığından, pul hərisliyindən, mədəniyyətsizliyindən və qanunun tələblərinə hörmətsizliyindən irəli gəlir:
“Çox təəssüf ki, son vaxtlar Azərbaycanda da turistlərin bu cür hallarla qarşılaşmasının şahidi oluruq, belə xoşagəlməz xəbərləri eşidirik. Hesab edirəm ki, bu cür hərəkətlərin qarşısı həm inzibati yollarla, həm də cəza yolu ilə alınmalıdır. Belə halların qarşısını almaq üçün həm turistlər, həm də Azərbaycan vətəndaşları kifayət qədər məlumatlı olmalıdır, lazımı qurumlara şikayətlər edilməlidir. Taksi sürüclərinə nəzarət edən müvafiq qurumlar mütəmadi olaraq tədbirlər görməlidir, insanlara məlumatlar verilməlidir”.
Deputat taksi fəaliyyəti göstərən bütün avtomobillərdə sərnişinlərin şikayət edə bilməsi üçün əlaqə telefon nömrələrinin vurulmasını təklif edib:
“Həmin telefon nömrələri taksi maşınlarında elə yerə vurulmalıdır ki, onu sərnişinlər və xarici turistlər rahat görə bilsinlər. Eyni zamanda maariflədirmə tədbirləri də gücləndirilməlidir”.
(Reytinq:0)