Tarix : 16-05-2018, 06:36 | Bölmə: gundem, sosial |
“Radar”a düşən mənəvi dəyərlərimiz...















Sürücülük vəsiqəsi neçəyədir? Deyilənlər nə qədər doğrudur..?

Təxminən 4-5 ilin söhbətidir. Yaxın bir qohumum, sürücülük vəsiqəsi almaq üçün fəaliyyət göstərən sürücülük kurslarının birinə adını yazdırıb, ödənişini edibmiş. Sürücülük kursunda çalışan müəllimlərdən biri ona problemsiz sürücülük vəsiqəsi alıb vermək üçün 850 manat pul istəmişdi. Həmin qohum bunu bir az ucuz düzəlməsinə kömək etməyimi məndən xahiş etdi. Mən məsələnin nə yerdə olduğunu eşidib öz-özümə “asıb-kəsib” özümü göstərirmiş kimi bunun uzağı 250-350 manat xərci olduğunu və həmin məbləğə düzüb qoşacağımı inamla bildirdim. Düzü bu sahəyə daha doğrusu sürücülüyə və sürücülük vəsiqəsinə marağım olmadığından baş verən “reallıqlar”dan da xəbərsiz idim. Bəzən dost-tanışlardan bu haqda etdikləri söhbətlər də mənə o qədər inandırıcı görünmürdü. Odur ki, mənə güvənilib edilən xahiş və mən özümə güvənərək verdiyim sözü tutmaq üçün bu sahəni bilən bir neçə nəfər tanışla görüşüb, ümumi mənzərəni öyrənmək üçün söhbətlər etdim. Hətta tanışların birinin köməkliyi ilə bu sahəyə məsul idarənin kiçik bir işçisi ilə görüşüb söhbət edə bildim. Öyrəndim ki, deyilən məbləğin yarıdan çoxu “toxunulmaz” məbləğdir, qalan 200-300 manatdan isə bizə “hörmət” xatirinə 100-150 manat “güzəşt edə” bilərlər. Bunları eşidəndən sonra utanaraq həmin qohuma bildirdim ki, bu artıq mən “girən iş” deyil. Yəni, müəlliminə istədiyi pulu ver, get problemsiz sürücülük vəsiqəni al...

Bundan təxminən bir neçə il sonra qonşuluğumda yaşayan bir tanış, idarə etdiyi avtomobili saxlayıb hara gedəcəyimi soruşdu... Yol yoldaşı olduq, söhbət əsnasında bildirdi ki, bir ilə yaxındır ki, sürücülük vəsiqəsi almaq üçün hər ay imtahan verir. Demə həmin qonşu inad göstərib bir “köpük” də verməyəcəm deyib. Özü imtahan verib sürücülük vəiqəsi alacağını qarşısına məqsəd qoyub. Hətta bildirdi ki, ayda 2-3 dəfə imtahana gedir, səhv cavab verdiyi də olub, düz cavabın da çox vaxt səhv çıxarıblar. Məsələnin nə yerdə olduğunu anlayıb “Allahın kömək olsun” deyib mənzil başına çatdığım üçün sağollaşıb sürücülük vəsiqəsi olmadan idarə etdiyi maşınından düşdüm...

“Makler” vasitəsi ilə görülən iş və ...

Yaxın bir qohumum sürücülük vəsiqəsi almaq niyyətində olduğunu mənə bildirdi. Bundan ötürü hətta kimlərləsə danışıq da apardığını mənə söylədi. Qohum məni arxayın salmaq üçün bildirdi ki, bu işdə “maklerlik” edən ondan bu işin həll olunması üçün 960 manat istəyib. Amma adımı gərək sürücülük kurslarının birinə yazdırım sonra. Bundan bir neçə gün sonra qohum bildirdi ki, Biləcəri qəsəbəsində fəaliyyət göstərən sürücülük kurslarının biri 130 manat müqabilində 40-45 gün müddətinə kursu bitirməyinə dair arayış verə bilir. Odur ki, mən qohuma 130 manat pul verib danışdığı kursa ödəmək üçün yola saldım. Bildirdim ki, hələ ki, kursu bitirmək haqqında arayış al, vəsiqənin alınmasında danışıb məbləği aşağı saldıra bilərəm. Çünki həmin məbləği qohuma mən verəcəkdim. Odur ki, yaxın tanışlara çıxıb, Ağsu rayonunda sürücülük vəsiqəsi verən idarənin rəisinə yaxın birinə tapdım. Lakin qohumum tələsib, özünün tapdığı “makler”lə işi problemsiz, bir günə görüb sürücülük vəsiqəsini götürüb gələcəyinə məni inandırdı. Mənim tanışlarımdan hələ müsbət bir cavab almadığımdan soruşanda da “gözlə görək, demişəm” deməsi, qohumumsa tələsməsi qohumun istəyini yerinə yetirməyə məni məcbur etdi. 960 manatı qohuma verib Ağsu rayonuna yola saldım. Həmin gün qohum sürücülük vəsiqəsinə dair ödəniləcək dövlət rüsumunu və digər xərci ödədiyinə görə “makler”lə danışdığı məbləğdən az pul qaldığına görəmi, yoxsa qohumun dediynə görə, “makler”in həmin gün bir neçə nəfərə sürücülük vəsiqəsi alıb verdiyinə görəmi bunların işi növbəti həftələrin birinə qalır. Bu barədə mənimlə mütəmadi telefon vasitəsi ilə əlaqə saxlayan qohum bildirdi ki, onun tanışı, yəni “makler” qohuma pulu və sənədləri onda qoyub qalmasını istəyir. Mən buna etiraz edib pulu və sənədləri alıb gətirməsini istədim. Qohum münasibətə görəmi, əlaqənin kəsilməsini istəmədiyinə görəmi sənədləri və puldan 100 manatı “makler”də qoyub gəlir. Lakin, “makler”dən iki həftə xəbər çıxmır. Bundan bir neçə gün sonra isə mənim tanışım bildirdi ki, rəisin öz əmisi oğluna çıxıb, məsələni danışıb, gəlnə həftə gedib orada rəisin köməkçisi və sürücüsü Fərid adlı biri var, ona yaxınlaşıb, 860 manatı və sənədləri verib desin “məni Səməndər müəllim göndərib”. Mən qohuma bunu deyib, pulu və sənədləri “makler”dən götürməyini tapşırdım. İki həftədən sonra qohumun tapdığı “makler” pul qohuma göndərib, sənədləri Ağsuya gələndə götürə biləcəyini söyləyir. Deyilən vaxtda qohum Ağsu rayonuna gedir. Fəridlə görüşüb, onu kimin göndərdiyini Fəridin diqqətinə çatdırır. Fərid pulu və sənədləri götürüb, qohumun dediyinə görə rəis müavini Fikrət müəllimin xidməti otağına girib, məsələni ona deyəndən sonra onu imtahana buraxıblar. Qohumun tapdığı “makler” məsələni bilib, kimlə görüşüb, kimlə danışıb bilmirəm, artıq təlimdən keçib, kompüter qarşısında imtahan verib, şəkli çəkdirib, sürücülük vəsiqəsi alacağı məqamın yetişdiyini gözləyən qohumumu Fərid çağırıb. Ona “makler” kimi təqdim etdiyim, Qubadla hansı münasibətlərin olduğunu soruşub və bildirib ki, pulu və sənədləri qohuma qaytarmaq istəyib və bildirib ki, özü zəng edib çağıranda gəlsin. Qohum məsələni mənə zəng edib çatdıranda telefonu Fəridə verməsini xahiş etdim. Fərid müəllimlə danışıb məsələnin nə yerdə olduğunu öyrənib anlayışlı şəkildə Fərid müəllimdən xahiş etdim ki, pul qoy onda qalsın, hətta zarafata salıb bildirdim ki, verəcəksən qohumun nəfsi çəkəcək, “düzəldərəm” deyib üstündən götürüb xərcləyəcək və ya da gətirib bizə verəcək, işimiz çıxacaq, nəfs güc gələcək, “düzəldib yerinə qoyaram” deyib götürüb üstündən xərcləyəcəyik, sabah da Siz çağıranda problemimiz yaranacaq. Odur ki, pul qoy Sizdə qalsın – deyib Fərid müəllimlə sağollaşdım. Fərid müəllim də məni anlayıb pulu götürüb saxladı, hətta qohuma 20 manat da çıxarıb yol pulu verib ki, daha baş verənləri üzrlü saysın. Bir neçə həftə keçəndən sonra, Fərid müəllimin zəngi olmadığını görüb qohum Ağsu rayonuna getdi. Fərid ona səhər tezdən gəlib tez-tələsik təkrar imtahan verib sürücülük vəsiqəsinin yazılıb verilməsinə söz verir. Qohum Fərid müəllimin dediyi kimi edib. Sürücülük vəsiqəsinin hazırlanıb verilməsi üçün gözləməli olub. Elə bu zaman “makler” kimi tanıdığım Qubad qohuma yaxınlaşıb bildirib ki, “Əgər mən istəməsəydim, sənə sürücülük vəsiqəsi verilməyəcəkdi”. Hətta inadla qohumdan soruşub ki, “inanmırsan?”. Qohum bununla xoş danışıb, sürüclük vəsiqəsini almağına görə idarədə “fironluq” edən bu “makler”ə “inanıram, sağ ol” deməkdən başqa əlacı qalmayıb. Mən isə düşünürdüm ki, qanunlarla idarə olunan dövlət idarəsinin bir “makler” əlində bu qədər aciz qalması nə qədər ürək ağrıdandı. Yaxın bir mətbuat işçisi vasitəsilə heç bir ad çəkmədən Ağsu rayonunda sürücülük vəsiqəsi verən idarənin rəis müavininə məsələni danışdıq. Rəis müavini Fikrət müəllimin “Dövlətin qanunları var, o qanunlarla da biz fəaliyyət göstəririk” – deməsi məndə acı gülüş doğurmuşdu. Bu həqiqətən əməliyyat idi yoxsa təzyiq? Məsələni və vəziyyəti izah edib bir daha Təbrizdən üzr istədim. Təbriz isə Səməndər müəllimlə, Fərid müəllimlə danışdığını, mənim başqa yerə şikayət edib etmədiyimi soruşdu. Mən tam səmimi olaraq Təbriz müəllimə bildirdim ki, mənim göndərdiyim pul mənə qaytarılsın, qurtaraq. Təbriz bildirdi ki, həmin 860 (səkkiz yüz altmış) manatı Fərid, Səməndər müəllimlə mənim boynuma qoyub. Bir həftənin içində biz tapıb ödəyəcəyik. Mən buna etiraz edib bildirdim ki, Sizə xahişimdən sonra əmioğlunun məni tapşırdıqdan sonra 960 (doqquz yüz altmış) manatdan 100 (yüz) manat çıxıb 860 (səkkiz yüz altmış) manat alırlar, ödəmə, qaytarma gələndə siz niyə ödəməlisiniz?

Axı mən pulu kürəkənimdən göndərmişəm, pul da sürücülük vəsiqəsi alınması üçün, Səməndər müəllimin, əmioğlunun rəisindən xahişindən sonra Fərid müəllimə verilib və Fərid müəllimdən telefonla həmin pulun Fərid müəllimdə saxlanmasını xahiş etmişəm. Niyə aldıqlarını qaytaranda belə əziyyətə düşürlər..? Əmioğlunun sözünün 100 (yüz) manat dəyəri olduğuna görüb mən pulumun qaytarılmasında israrlayım. Təbriz məndən heç hara şikayət etməməyimi, bir həftə gözləməyimi xahiş etdi. Mən də razılaşdım. Lakin Fərid müəllim kimlərlə məşsləhətləşir, kimlə söhbətləşir və ya özü qərara gəlir bilmirəm, gedib kürəkənim

Qohumu çağırtdırıb, yoxsa özü Bakıya gəlib ya da buradan kiminsə vasitəsi ilə izahatın alıb işə tikir ki, guya Qohum imtahan verib sürücülük vəsiqəsi alıb. Mən bunun belə olacağını bilirdim. Hətta mənim digər variantlarım da vardı. Mən buna rəğmən hörmətli nazir Ramil Usubov cənabına, Dİn-nin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov cənabına elektron, onlayın müraciət ünvanladım. Müraciətimdən xeyli keçib. Bildirdim ki, lap Qohumun dünyasını dəyişlənlərindən izahat al, mən pulumun qaytarılmasında israrlıyam və mübarizəmi aparacam.

Bu bir əməliyyat idimi, yoxsa mənə təzyiq vasitəsi?


Deməli may ayının 2-də gecə saat təxminən 2:30 radələrində, şirin yuxuda olduğum bir vaxtda, birdən oğlum gəldi ki, ata, bəs polisdəndi, sahə inspektoru səni istəyir. Düzü elə bir əməlin sahibi olmadığından, sakitcə əynimi geyinib həyət darvazasına yaxınlaşdım. 6-7 nəfər polis əməkdaşları, salamlaşıb, məsələnin nə yerdə olduğunu soruşdum. Məndən soruşdular ki, Qohumu axtarırıq, burada deyil ki? Onlara Qohumla iki ay olar qurtardığımı, Elgünün burada heç bir zaman yaşamadığını, uşaqlarımı da iki ay olar ki, evimə gətirdiyimi deyib, soruşdum nə baş verib axı?! Bildirdilər ki, bəs Elgün haradasa birini vurub, lazımdı. Düşündüm ki, vəziyyət gör nə boyda ağırdır ki, bu qədər adam, iki maşında, gecənin bir aləmində Elgünün güman olunan ünvanlarda axtarırlar. Vurulanın vəziyyətinin ağır olduğunu söylədilər və sağollaşıb getdilər. Düşündüm ki, gecə bu vaxtı, qatı, silahlı, ağır bir cinayətkarı axtarırlarmış kimi hay-küylü əməliyyat keçirirlərsə vəziyyət doğurdan da ağırdır. Ya vurulan (varsa) ağırdı, ya da ölüb. Bu düşüncələrlə səhəri necə deyərlər, “diri gözlü” açdım. Səhər saat 9-a qədər mümkün olan variantlardan sitifadə edib, Sulutəpənin “palajeniyasına” baxanlardan belə bir hadisənin olub olmamasını soruşdum. Biri “dördyol” təəfdə olduğunu, biri də “Ayaz” marketin yaxınlığında olduğunu söylədi. Məlumatlar mənim şübhələrimi mənə bu üsulla təzyiq göstərildiyinə gətirib çıxardı. Deyilir ki, həmin gün Qohum özünün ad gününü qeyd edənlərində tanımadıqları bir nəfər bunların stolunda oturur. (şübhəyə əsas verirmi..?) Və bir azdan söyüş söyməyə başlayır (ictimai yerdə). Məclis sahibi və onunla oturanlar tanımadıqları və stollarında oturanı intizama dəvət etsələr də mübahisə düşür, guya bu tanışlar, tanımadıqlarını vurur. Nəticədə üzlü, çağırılmamış qonaq ağır xəsarət alır, ərazidə olan 40-cı polis bölməsinə gələrək ərizə yazır. Və elə bunun nəticəsi olaraq gecə 2:30-da silahlı, ağır cinayət törətmiş qatı cinayətkarın tutulması üçün 7 nəfərlik heyətlə iki maşında əməliyyat keçirən polis əməkdaşlarımıza şifahi də olsa təşəkkür etmək məcburiyyətində qaldım. Saat 10 oldu, 11 oldu, axşam oldu Qohumun sorağı gah şəhərdən, gah “Avtovağzal”dan, gah kafelərin birindən, gah da polis bölməsindən gəldi. O gecə ki, əməliyyatdan sonra, adı ağır xəsarət yetirmədə hallanan, ictimai yerdə kütləvi dava salan, (özü də ictimai yerdə xuliqanlıq sayılır) sərbəst gəzməsi, səhəri öz işində işləməsi şübhələrimin düzgünlüyünə dəlalət ve

Təsvir etdiyim kimi keçirilən bu əməliyyat olmuş hadisəyə görədirmi, yoxsa mənim Sizə müraciətimdə tələbimdən əl çəkməyimə görə mənə təzyiq vasitəsidir? Yox əgər Qohum o cür vahiməli əməliyyat nəticəsində səhər, o biri gün, bu gün sərbəst gəzirsə deməli mənim şübhəmə əsas var. Yox əgər hadisə olubsa, buna görə o vahiməli əməliyyatı keçirib məni yuxudan edən polis əməkdaşlarından bəri başdan üzr istəyirəm. Yox əgər bu olmayıbsa, (o cür əməliyyatdan sonra o mütləq saxlanılmalıydı). Sizdən xahiş edirəm bu iş ciddi araşdırılsın, mənə və ailə üzvlərimə qarşı bundan sonra ər hansı hadisə baş verəcəksə məsuliyyət DİN-nin üzərinə qalacaq. Odur ki, Sizdən hər iki işin ciddi araşdırılmasını bir daha xahiş edirəm.

Əvvəlcədən təşəkkürümü bildirirəm. Onu da diqqətinizə çatdırıram ki, neçə gün idi hər gün e-mail ünvanıma girib cavab gəldiyini yoxlayırdım, fikirləşirdim ki, buradan bura, onlayn müraciətə bu cür laqeydlik göstərilirsə, hörmətli prezidentimizin tövsiyyə və tapşırığına görə, Nazirlər Kabinetinin qərar və daxili nizamnaməsinə görə, bölgələrimizə səfər edən, nazir və komitə sədrlərinin vətəndaşları qəbul etməsində də bu laqeydlik mövcuddur...?

Səhəri gün telefonuma mesaj gəldi ki, məktubunuz bu nömrəylə qeydiyyata alınıb. Düşünür və düşündüm ki, adicə bir məktub yazıb, “yazılanlar təsdiqini tapmadı” və ya “daxili tədqiqat nəticəsində yazılanlar sübut olunmadı” məzmunda bir cavab yazarlar, mən şiakyətimi daha yuxarı orqanlara edərəm. Amma heyif, gözləyək, görək.

Elxas Comərdov.
(Reytinq:1)