intertv.az
intertv.az

Qadın özünü qatarın altına atdı, başı bədənindən ayrıldı — Bakı metrosunda dəhşət + YENİLƏNİB

23-04-2018, 04:32 51 dəfə baxılıb

Qadın özünü qatarın altına atdı, başı bədənindən ayrıldı — Bakı metrosunda dəhşət + YENİLƏNİB















Metroda intihar edən qadının kimliyi açıqlanıb.
Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev özünü qatarın altına atan qadının Lənkəran şəhər sakini, 1976-cı il təvəllüdlü Səfərova Ruhəngiz Canəli qızı olduğunu bildirib.

***

Bu gün Bakı metropoliteninin 28 may stansiyasında sərnişinlərdən biri özünü qatarın altına atıb.

Bu barədə Unikal.org-a hadisə şahidləri məlumat verib. Hadisə təxminən 12:50 radələrində baş verib.
Belə ki, İçərişəhər - Həzi Aslanov istiqamətində hərəkət edən 14 saylı qatar 28 may stansiyasına daxil olarkən 30-35 yaşlarında gənc qadın özünü qatarın altına atıb. O, qatar relsinin üzərinə düşdüyündən başı bədənindən ayrılıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, baş verən hadisə ilə əlaqədar qatarların hərəkətində 10 dəqiqəlik gecikmə yaranıb. Hadisə nəticəsində intihar edən qadının cəsədi qatarın altından çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

İntihar edən şəxsin kimliyini müəyyən etmək üçün hüquq-mühafizə orqanları araşdırma aparır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA