intertv.az
intertv.az

Allahşükür Paşazadə: “İslamın əlindən çomağı alıb, ona qələm vermək lazımıdr”

17-04-2015, 15:08 227 dəfə baxılıb

Allahşükür Paşazadə: “İslamın əlindən çomağı alıb, ona qələm vermək lazımıdr”

“Qloballaşan dünyada dini qarşıdurmalar, münaqişələr artır və dəfələrlə bununla bağlı danışmağımıza, konfranslar keçirməyimizə baxmayaraq, hələ də bir nəticəsi yoxdur. Amma ümid edirik ki, nəticə əldə edəcəyik, çünki Allah islamı göndərəndə mənəviyyat, sülh üzərində göndərib”.

APA-nın məlumatına görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda işini yekunlaşdıran “İslam maarifçiliyi və müasir dövr” adlı beynəlxalq konfransda deyib.

Şeyxülislam bildirib ki, əsas problem islamda elmi prinsipləri çoxaltmaqdır: “İndi islamı, müsəlmanları vurub-dağıtmaqda günahlandırırlar. Demək lazımdır ki, islamın əlindəki çomağı al, əvəzinə qələm ver, vurmasın, yazsın. Sən əgər onun əlinə çomaq versən, əlbəttə ki, vuracaq. Ona görə də elm və dinin birgə mövzu olduğu müzakirələri, konfransları daha tez-tez keçirmək, ora hamını cəlb etmək lazımdır. Bizim din adamları buna çoxdan hazırdır, amma elm adamları təəssüf ki, hələ ki tam hazır deyillər”.

A. Paşazadə Azərbaycanda dövlət tərəfindən belə birgə müzakirələrə geniş şərait yaradıldığını söyləyib: “Azərbaycan prezidenti İlham Əliyevə buna görə təşəkkür edirik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA