intertv.az
intertv.az

Abdin Fərzəliyevdən seçki sabotajı: Nərimanov seçiciləri seçkini baykot edir – VIDEO

7-04-2018, 11:07 198 dəfə baxılıb

Abdin Fərzəliyevdən seçki sabotajı: Nərimanov seçiciləri seçkini baykot edir – VIDEO














Gözdən əlillər üçün Nərimanov rayonu, Faiq Yusifov küçəsi 40 ünvanında inşa olunan 12 mərtəbəli binanın mənzillərinin heç bir əlilliyi olmayan 160-a yaxın insana satılması ilə bağlı qalmaqal davam edir. Bu qalmaqalda əsas fiqurantlardan olan, daha doğrusu, məsələni ictimailəşdirən 2-ci qrup əlil Rəşad Səlimli və onun anası Yeganə Səlimli növbəti dəfə müraciət yayıb. Yeganə Səlimli bildirib ki, artıq 2 ildir baş verənlərlə bağlı Respublika Prokurorluğuna və Prezident Admnstrasiyasına müraciət etsələr də onları qəbul edən yoxdur. Şikayətçinin sözlərinə görə, bu il fevralın 28-də Respublika Prokurorluğuna qəbula gəlsələr də, cəhdləri baş tutmayıb. Yeganə Səlimli bildirib ki, həmin gün 9-cu polis bölməsinin əməkdaşları onları oradan uzaqlaşdırıb. Bu zaman Yeganə Səlimliyə və əlil oğlu Rəşad Səlimliyə qarşı zor tətbiq edilib: “Bizi sürüdülər, jaketim cırıldı, Rəşad Səlimli xəsarət aldı”,-deyə şikayətçi əlavə edib. Yeganə Səlimli bildirib ki, indi də onları kirayədə qaldıqları evdən çıxarmaq istəyirlər. Onun sözlərinə görə bu məsələyə də polis cəlb edilib. Lakin bütün bunlara baxmayaraq o sona qədər mübarizə aparacağını deyib. “Sona qədər hüquqlarım uğrunda mübarizə aparacam. Mitinqlərə də gedirik. Problemlə bağlı müraciətlərimizi ATƏT-in nümayəndlərinə təqdim edəcəyik. Bundan əlavə aprelin 11-nə qədər bu məsələ araşdırılmasa, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova müraciət göndərərək seçkini boykot edəcəyimizi bildirəcəyik. Biz saxta seçkilərə yox deyirik. Hüquqlarımızın bərpasını tələb edirik. Əgər mənim və ödladlarımın başına hər hansı iş gələcəksə, bunun məsuliyyəti Azərbaycan hakimiyyətinin üzərində dayanacaq. Bəsdir, bu milləti cana doydurdunuz!!!”reportyor.info






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA