intertv.az
intertv.az

Jurnalistin qətlinin əsas şübhəlisi polisə təslim oldu – FOTO

10-08-2015, 14:09 109 dəfə baxılıb

Jurnalistin qətlinin əsas şübhəlisi polisə təslim oldu – FOTO























O, hazırda istintaq təcridxanasındadır

Avqustun 8-də bir qrup naməlum şəxs tərəfindən döyülərək ağır və çoxsaylı bədən xəsarətləri alan, bir gün sonra yerləşdirildiyi klinikada vəfat edən jurnalist Rasim Əliyevin ölümündə şübhəli olan şəxslərlə bağlı müəmma var.

Intertv.az Musavat-a istinadən xəbər verir ki, dünən cinayətdə şübhəli olan şəxslərin bir neçəsinin məlum olduğu, bir nəfərin - futbolçu Cavid Hüseynovun bibisi oğlunun isə həbs edildiyi barədə məlumat yayılsa da, gecə saatlarında Bakı Şəhər Baş Polis İdarəsinin növbətçi hissənin əməkdaşı məlumatı təkzib etmiş və demişdi:

“Hələ ki araşdırmalar aparılır. Cinayətlə bağlı kiminsə saxlanıldığı barədə dəqiq məlumat yoxdur. Araşdırmalar bitdikdən sonra ictimaiyyətə geniş açıqlama veriləcək”.

Musavat.com-un əldə etdiyi məlumata görə, bu işlə bağlı həbs olunan şəxs var və bu, “Qəbələ” futbol komandasının sabiq kapitanı (dünən o, heyətdən kənarlaşdırılıb) Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılovdur.

Bu barədə sayta məlumat verən mənbə bildirir ki, Elşən özü gedib və polisə təslim olub və hazırda istintaq təcridxanasındadır.

Onun 21 yaşı var, “AZAL” futbol komandasının əvəzedici heyətində, 49 nömrəli forma ilə müdafiəçi mövqeyində oynayır.

Jurnalistin qətlinin əsas şübhəlisi polisə təslim oldu – FOTO
Jurnalistin qətlinin əsas şübhəlisi polisə təslim oldu – FOTO
Jurnalistin qətlinin əsas şübhəlisi polisə təslim oldu – FOTO
Jurnalistin qətlinin əsas şübhəlisi polisə təslim oldu – FOTO
Jurnalistin qətlinin əsas şübhəlisi polisə təslim oldu – FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA