intertv.az
intertv.az

Birinci qrup əlil Əziz Əzizovdan şikayət edir... - "Bilmirəm hara gedim..."

30-03-2018, 09:48 67 dəfə baxılıb

Birinci qrup əlil Əziz Əzizovdan şikayət edir... - "Bilmirəm hara gedim..."
















“Yasamal rayon İcra Hakimiyyəti Sosial Müdafiə Nazirliyinə göndərir, o da geri... Bilmirəm hara gedim”

Cebhe.info-nun redaksiyasına müraciət edən birinci qrup əlil İlqar Qəniyev evsizlik problemindən şikayətlənib. O, həyat yoldaşının da brinci qrup əlil olduğunu deyib:

“Həm də valideyn himayəsindən məhrumdur. İnternat evində yaşayıb. Prezidentin sərəncamı ilə kimsəsizlər üçün Masazırda ev tikilib, amma yoldaşıma vermirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Təhsil Nazirliyinə göndərdi. O da dedi ki, biz onlara deyil, ƏƏSMN-nə baxırıq. Orda burda qalırıq. Hazırda bizi Bilgəhdəki qocalar evinin nəzdnində olan inzibati binaya yerləşdiriblər. Burdan hara yerləşdirəcəklər, bilmirik. Nə qədər orda burda qalacağıq. İstəyirik ki, öz evimiz olsun”.

2008-ci ildən ev növbəsində olduğunu deyən şikayətçi bildirir ki, müraciət etmədiyi ünvan qalmayıb. Prezident Aparatına da müraciət edib, amma heç bir nəticəsi olmayıb: “İmkan vermirlər ki, səsimiz yuxarı çatsın”.

Qeyd edək ki, vətəndaşın müraciəti ilə bağlı nə Yasamal rayon İcra Hakimiyyəti, nə də ƏƏSMN-yi ilə əlaqə cəhdimiz baş tutmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA