intertv.az
intertv.az

Baş məşqçilərin maaşı artdı — BAŞ NAZİR QƏRAR VERDİ

22-03-2018, 09:41 115 dəfə baxılıb

Baş məşqçilərin maaşı artdı — BAŞ NAZİR QƏRAR VERDİ
















Azərbaycanda olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin aylıq vəzifə maaşları artırılıb.
"Ölkə.Az" xəbər verir ki, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadəimzalayıb.

Qərara əsasən, Nazirlər Kabinetinin “Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” qərarında dəyişiklik edilib.
Dəyişikliklə olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin aylıq vəzifə maaşları 594 manat məbləğində müəyyən olunub. İndiyə qədər bu məbləğ 540 manat idi.

Qərar 2018-ci il martın 1-dən qüvvəyə minib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA