Tarix : 17-03-2018, 07:46 | Bölmə: texnologiya |
Yuxu zamanı beyində hansı proseslər baş verir? — Elmi aradırmanın nəticəsi
















Kembric Universiteti və London İmperial Kollecinin alimləri yuxu zamanı beyində baş verən prosesləri araşdırıblar.
Alimlər asta yuxu mərhələsində xatirələrlə baş verən prosesləri təhlil ediblər. Bunun üçün onlar siçan neyronlarını stimullaşdırıblar.

Elmi müəssisələrin əməkdaşları yuxu zamanı müvafiq məlumatları olan neyronlar arasındakı əlaqələrin gücləndiyini, daha az əhəmiyyətli məlumatlar vasitəsi ilə olan əlaqələrin zəiflədiyi və yox olduğu qənaətinə gəliblər.
İşin məllifi Ana Gonzalez Ruedanın sözlərinə görə, bu mexanizm sinir sisteminin aşınmasına mane olur. Bundan əlavə, beyin, mühüm məlumatları qorumaqla uzun müddət saxlaya bilir.
(Reytinq:0)