Tarix : 13-03-2018, 06:18 | Bölmə: hadise |
Şirvanda dəhşətli yol qəzası — 13 yaralı / ADLAR













Şirvanda 13 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.
“Ölkə.Az” xəbər verir ki, hadisə səhər saatlarında Şirvan şəhərində baş verib.

Şirvan-Salyan marşrutu üzrə hərəkət edən istixanaya məxsus mikroavtobusla “Şirvan oil”ə məxsus xüsusi qurğulu “KamAZ” markalı yük maşını toqquşub.
Nəticədə mikroavtobusda olan 13 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hazırda xəsarət alanlar tibbi yoxlamadan keçirilirlər.

Hazırda adları məlum olan yaralılar bunlardır:
Sabirabad rayon, Minbaşı kənd sakini, 1980-cı il təvəllüdlü Əsədova Aidə Kəramət qızı;
Şirvan şəhər, Bayramlı qəsəbə sakini, 1971-ci il təvəllüdlü Əliyeva Lətafət Şahüseyn qızı;
Sabirabad rayonu, Qarağat kənd sakini, 1980-cı il təvəllüdlü Xankişiyeva Tünzalə Adil qızı; Şirvan şəhər sakini, 1964-cü il təvəllüdlü Dadaşova Şərqiyyə Ədil qızı;
Sabirabad rayon, Minbaşı kənd sakini, 1961-ci il təvəllüdlü Vəliyeva Gülüstan Fazil qızı;
Şirvan şəhər sakini, 1983-cü il təvəllüdlü Alxanova Şəlalə Ataxan qızı.

Faktla bağlı araşdırmalar DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-Nəqliyyat Hadisələrinə Dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsi tərəfidnən aparılır.
(Reytinq:0)