Tarix : 11-03-2018, 09:41 | Bölmə: gundem, bolge |
“Hüseynqulu Bağırov meşə kəsənləri axtarırdı-Qusardan FOTOFAKT













Ekologiya və Təbii Sərvətlər Nazirliyi artıq meşələrdəki soyqırımı ört-basdır edə bilmir.
Müstəqil saytlarda gedən informasiyaları təzyiq yolu ilə sildirən ETSN sosial şəbəkələr qarşısında acizdir.
Artıq vətəndaşlar bu biabırçılığa göz yummaq istəmirlər.
İsmaric.az xəbər verir ki, Cəmil Məmmədli adlı vətəndaşın Qusar meşələrindəki vəziyyətlə bağlı fbacebook statusu xeyli izləyici toplayıb.
Həmin postu olduğu kimi dərc edirik:“Hüseynqulu Bağırov meşə kəsənləri axtarırdı…
Qoy birini mən deyim, “sveji-sveji”….
Qusar rayonunun İmanqulu kəndində, Meşə idarəsinin müdiri Elşad adlı şəxs Mamed adlı kənd sakininin həyətində “parket sexi” açıb…
Cənab nazir, sizin sözünüzü yerli Ekologiya İdarəsi ayda 500 manat,
polis – 1000 manata
Prokurorluğu bilmirəm
Jurnalistlərdən də kim nə tutdu, tutdu – satırlar…
Ekologiyada pulu deyilənə görə Salmanov İlham alır. Yerli Ekologiya rəisinin həm nazirliyə, həm də yerlərdə olan “pay-püş” işlərinə baxır…Dünən gəlmişdi ey, nazirliyə pay-püş gətirən, göy NİVA…bax onun sahibi…
Bazar olsun, bu millətin, torpağın sərvətlərini satıb-sovurub,özünə mülk yığan hər kəsin gözündən gəlsin!!!”


“Hüseynqulu Bağırov meşə kəsənləri axtarırdı-Qusardan FOTOFAKT
“Hüseynqulu Bağırov meşə kəsənləri axtarırdı-Qusardan FOTOFAKT
(Reytinq:0)