Tarix : 9-03-2018, 06:56 | Bölmə: dunya |
Seyşel adalarında gizli görüşün üstü açıldı -“The Washington Post”dan sensasion İDDİA















ABŞ-da Rusiyanın 2016-cı il president seçkilərinə müdaxiləsini və Donald Trampın komandasının Moskva ilə gizli əlaqələrini araşdıran xüsusi prokuror Robert Müller sensasion dəlil əldə edib.

Virtualaz.org xəbər verir ki, xüsusi prokurorun əlində prezident Donald Trump vəzifəyə keçməzdən öncə Seyşel adalarında gizli görüşün keçirilməsinə dair sübut var. “The Washington Post” yazır ki, görüşdə prezidentin seçki kampaniyasının məqsədi Kremllə gizli kanal yaratmaq olub.

2017-ci ilin yanvarında Hind Okeanındakı adada baş tutmuş görüş Erik Prinslə Kirill Dmitriyev arasında keçirilib. Prins ABŞ-ın tanınmış hərbi podratçısı, Trampın təhsil nazirinin qardaşıdır. Dmitriyev isə Rusiya prezidenti Vladimir Putinə yaxın, hökumətin nəzarətində olan birbaşa investisiyalar fondunun rəhbəridir.

Seyşel adalarında gizli görüşün üstü açıldı -“The Washington Post”dan sensasion İDDİA


Erik Prins

Qəzet martın 7-də məsələylə tanış adamlara istinadla yazsa da ad çəkməyib. Məlumata görə, Müllerlə əməkdaşlıq edən şahid müstəntiqlərə deyib ki, görüş öncədən təşkil olunub, məqsəd Tram-ın keçid komandasının üzvünü Moskvanın elçisi ilə görüşdürmək, iki ölkənin gələcək münasibətlərini müzakirə etmək olub.

Seyşel görüşünü təşkil edərək ona qatılmış livanlı amerikalı biznesmen Corc Nader artıq məsələylə bağlı böyük jüri qarşısında ifadə də verib. Jüri Trampın seçkikampaniyası ilə Kremlin mümkün əlaqələrinə dair dəlil toplayır.

Qəzetin yazmasına görə, Nader yanvardan Müllerin istintaqıyla əməkdaşlığa başlayıb. Prince Trampın adından Dmitriyev ilə görüşmədiyini deyib, jurnalistlərə söyləyib ki, görüşlə bağlı ötən il dediklərindən istifadə etsinlər.

Seyşel adalarında gizli görüşün üstü açıldı -“The Washington Post”dan sensasion İDDİA


Kirill Dmitriyev

Ötən il Prins konqresmenlərə və mediaya görüşün planlı olmadığını, o, Seyşeldə dəbdəbəli otelə Birləşmiş Ərəb Əmirliklərindən rəsmilərlə görüşə gedərkən təsadüfən baş tutduğunu demişdi.

Prins Trampın kampaniyasında formal rol oynamayıb və dediyinə görə, Seyşelə Trampın qeyri-rəsmi emissarı kimi deyil, şəxsi biznesmen kimi gedib.Dediyinə görə, onu Dmitriyevə Birləşmiş Ərəb Əmirlikləri rəsmiləri təqdim edib və onunla 30 dəqiqədən çox ünsiyyətdə olmayıb. O, ötənilki açıqlamasında görüşün Kremllə gizli kanal yaratmaq məqsədiylə təşkil olunduğunu məxsusi danıb.

“Neftin qiymətindən tutmuş, onun ölkəsinin ABŞ-la normal ticarət münasibətlərini bərpasını necə istədiyinə dair müxtəlif mövzularda söhbət etdik”, – Prins konqresmenlərə deyib.

Seyşel adalarında gizli görüşün üstü açıldı -“The Washington Post”dan sensasion İDDİA


“The Washington Post” yazıb ki, Birləşmiş Əmirliklər bu görüşə vasitəçilik etməyə razılıq verib, bir niyyəti Rusiyanı İranla sıx münasibətlərini məhdudlaşdırmaq üçün dilə tutmağın mümkün olub-olmadığını öyrənmək istəyib. Bu, həm Tramp administrasiyasının, həm də bir neçə Körfəz ərəb ölkəsinin əsas hədəfidir. Qəzet ABŞ rəsmilərinə istinadla yazır ki, Moskva buna razılıq verərdisə, Tramp administrasiyasının Rusiyaya sanksiyaları yüngülləşdirməyə əsası olardı.

Seyşel görüşündən sonra Nader bir neçə dəfə Ağ evdə olub, azı bir dəfə prezidentin keçmiş müşaviri Stefan Bannon və Trampın kürəkəni Jared Kuşner ilə görüşüb.

Qeyd edək ki, xüsusi prokuror Trampın komandasının Moskva ilə gizli işbirliyinə dair başqa faktları da araşdırır. Seyşel adalarında baş tutmuş həmin gizli görüş isə Trampın Moskva ilə gizli əməkdaşlığına dair çox tutarlı dəlil ola bilərdi.
(Reytinq:0)