intertv.az
intertv.az

DÖVLƏT GÖMRÜK KOMITƏSINDƏ QALMAQAL: VÜSAL NOVRUZOV RƏHBƏRINƏ MEYDAN OXUYUR

5-08-2015, 13:50 160 dəfə baxılıb

DÖVLƏT GÖMRÜK KOMITƏSINDƏ QALMAQAL: VÜSAL NOVRUZOV RƏHBƏRINƏ MEYDAN OXUYUR

















Azərbaycan Dövlət Gömrük Komitəsinin daxilində tarazlıq pozulub

Xüsusilə də Bakı şəhər Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun Aydın Əliyevə çavaş açması və tezliklə onun postundan kənarlaşdırılması istiqamətində apardığı səyləri qarşı tərəfi də hərəkətə gətirib. Gömrükdə Naxçıvan quruplaşmasına daxil olan iri çəkili məmurlar və onların yaxın çevrəsi fərqindədirlər ki, artıq fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həm də hakimiyyətdə Aydın Əliyevin idarəçiliyinə münasibət mənfidir. Bu, Aydın Əliyevə də gün kimi aydındır. Doğrudur, hələ Aydın Əliyev özünün inamla aparır. Baş gömrükçü "yuxarılar"da belə rəy formalaşdırmağa çalışır ki, uzun illər gömrük sahəsini manapoliyasında saxlayan Naxçıvan quruplaşması onu qorxutmur. Amma DGK-da çalışan yaxın məbnənin azerinews.tv-yə söylədiklərinə görə, Aydın Əliyev başda olmaqla bütün gömrük komandası təlaş içindədir. Eyni zamanda bundan hakimiyyətdaxili qruplar vəziyyətdən öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Bu sırada bir neçə iri qruplaşmanı xüsusilə qeyd etmək lazımdır. Azerinews.tv - yə daxil olan məlumatlarda deyilir ki, Bakı şəhər Baş Gömrük İdarəsinin rəisi, gömrük sistemində Naxçıvan quruplaşmasının başında duran Vüsal Novruzov və Xüsusi Dövlət Mühafizə Xidməti İdarəsinin rəisi, general Bəylər Əyyubovun qruplaşmasıdır. Bu qrup indiki halda mühafizəkar mövqe tutub. Bu qruplaşma Aydın Əliyevə hər hansı güzəştin edilməsinin əleyhinədir. Vüsal Novruzov çalışır ki, Gömrük Komitəsində qarşıdurma daha da dərinləşsin. Çünki belə vəziyyətdə Aydın Əliyevin ona ehtiyacı daha da çoxalır. Plan təxminən belədir: Naxçıvan quruplaşması heç bir güzəştə getmir, gömrükdə gərginlik daha da artır, Aydın Əliyev Kəmaləddin Heydərovun yanında etibardan düşür və sonda istefa vermək məcburiyyətində qalır. Bu zaman Vüsal Novruzov Aydın Əliyevin postuna əsas namizdələrdən birinə çevrilir. İkincisi, hakimiyyətdə "kürd qruplaşması" kimi tanınan Bəylər Əyyubovun rəhbərlik etdiyi qrupdur. Bu qruplaşma da təxminən eyni mövqe tutur. Yəni, bu qruplaşma da, Aydın Əliyevə güzəştə getməyin tərəfdarı deyil. Və Bəylər Əyyubovun gömrük orqanlarındakı adamları və qeyri-leqal qoçuları ilə Vüsal Novruzovun qoruyucusu qismində çıxış edir. Bu qrupun da məqsədi əlbəttə ki, dövlət başçısının yanında daha çox etibar qazanmaqla hakimiyyətdə yüksək vəzifələri qazanmaq və nəhayət Vüsal Novruzovun baş gömrükçü təyin edilməsinə nail olmaqdır... Azerinews.tv -yə məlumat ötürən mənbə onuda bildirir ki, Kəmaləddin Heydərovla, Bəylər Əyyubov arasında Dövlət Gömrük Komitəsinə nəzarət uğrunda maraqları toqquşaraq pik həddə çatıb. Kəmaləddin Heydərov isə bu qarşıdurmada uzun illər Dövlət Gömrük Komitəsində çalışan Bəylər Əyyubovun yaxın adamı İsmayıl Məmmədovun tutduğu vəzifədən azad edilməsini güzəştə getməyib. İndi isə hakimiyyətdə iki söz sahibinin “gömrük davası” ilə bağlı gələn xəbərlərdə deyilir ki, Bəylər Əyyubov Vüsal Novruzovu özünün çətiri altına alıb. Bəylər Əyyubov komitəni nəzarətinə keçirmək istiqamətində apardığı üzun illər mübarizədə, hakimiyyətin yuxarı eşalonunda oturanları inandıra bilib ki, gömrükdə qeyri-leqal gəlirlər gizlədilir və komitədə belə faktlar kifayyət qədər mövcuddur. Bunun arxasında isə Aydın Əliyev dayanır. Aydın Əliyevin postundan kənərlaşdırılmasına isə "dəmir əl"ə ehtiyyac var. Elə bu baxımdan "yuxarılar"dan Dövlət Gömrük Komitəsində məsələni araşdırılması tapşırığı verilib. Dövlət başçısının şəxsi mühafizə xidmətinin rəhbəri isə bundan istifadə edərək Aydın Əliyevi Vüsal Novruzovla əvəzlənməsinə və komitəni öz nəzarəti altına almağa çalışır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA