Tarix : 1-03-2018, 06:17 | Bölmə: gundem, sosial |
Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının  Doğum Şöbəsinin müdiri Zara xanımın özbaşınalığı















Dövlət başçısı İlham Əliyev cənablarının apardığı düşünülmüş,uzaqgörən,uğurlu siyasəti nəticəsində ölkəmizdə geniş miqyaslı islahatlar həyata keçirilməkdədir.Bütün sahələrdə olduğu kimi əhalimizin sağlamlığı keşiyində duran səhiyyəmizdə də xeyli işlər görülüb və görülməkdədir.Lakin bəzi nöqsanları görüb və eşidəndə bu barədə aidiyyatı təşkilatın rəhbərliyini məlumatlandırıb , nöqsan olduğunu diqqətə çatdıranda bəzən bu rəhbər " daş atıb başın tutur " ki, "siz məni şantaj edirsiniz, bizdə elə şey ola bilməz. Sizdən MŞ-na şikayət edəcəm. " Düzü bu cür münasibəti bu cür yerdə gözləməliydik. Çünki adətən belə iş üslubu seçənlər "Oğru elə bağırdı ki" prinsipi ilə işlərini qururlar. Lakin, düşündük ki, dövlət başçısının mətbuat və ictimaiyyət nümayəndələrinə bir neçə görüşündə dönə-dönə " İctimai nəzarəti gücləndirin" - deməsi bəlkə də çoxları üçün bu bir mesaj olmalı idi, lakin, olmadı...

M.Qasımov adına Respublika Klinik Xəstəxanası qədim ənənələrə malik bir səhiyyə ocağıdır.Adətən belə yerlərdən hər hansı xoş olmayan bir məsələ eşidəndə istər-istəməz " ola bilməz" - nidasıyla düşünə-düşünə qalırsan.Yaxın bir tanışın dünyaya gəlməsi münasibəti ilə deyib-gülüb şirin söhbət edirdik. Birdən həmin tanış " lap soydular ha... " - deməsi bizim marağımızı daha da artırdı. Söhbət əsnasında öyrəndik ki, həkim açıq-aydın bildirib ki, adi doğuş üçün 300-500, əməliyyatla isə 500-800 manat arası qiymət dəyişməsi var. Hələ bunun UZİ pulu,analizlərin cavabına ödəniləcək haqq, qapıçı, tibb bacısı, nə bilim kim, kim...

Bu danışılanları Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkim müavini Mahir həkimlə aydınlaşdırmaq istədikdə bizi MŞ-la hədələməklə işin bitmiş hesab etdi. Bütün bunlardan sonra əməkdaşımız həmin xəstəxanada doğum şöbəsində olub.Öyrənib bildikləri ,həkimlə danışığı və buradan şikayət edənlərin şikayəti haqqında silsilə yazılar dərc etdirməyə hazırlaşmağı qərarlaşdırdıq. Şikayətçinin, həkimin, danışıqları ,qiymət preskurantı barədə yaxın günlərdə...
(Reytinq:0)