Tarix : 12-02-2018, 06:51 | Bölmə: texnologiya |
Windows-dan möhtəşəm yenilik! — Ovuc tanıma xüsusiyyəti gəlir










Microsoft Windows 10 Pro əməliyyat sistemi üçün yeni bir şifrələmə xüsusiyyəti üzərində işləyir.
AZTB.info xəbər verir ki, Windows Hello ilə onsuz da var olan barmaq izi oxuma və üz tanıma kimi autentifikasiya sistemlərinə ovuc tanıma xüsusiyyəti də əlavə olunacaq.

Microsoftla Fujitsunun ortaq həata keçirdikləri iş sona yaxınlaşır. Lazımi sensorlaa malik Windows 10 Pro əməliyyat sistemli kompüter, telefon və planşetlərdə ovucunzun içini oxudaraq cihazı aça biləcəksiniz.
Fujitsudan verilən məlumata görə, ovuc içi təsdiqləmə sistemi təmassız, gigiyenik və yeni bir texnologiyadır. Sistemin səhv etmə ehtimalı 0,00008 faiz təşkil edir.
(Reytinq:0)