Tarix : 12-02-2018, 05:48 | Bölmə: hadise |
Azərbaycanda son iki gündə 200 cinayət hadisəsi baş verib














Son iki gündə respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 200 cinayət faktı qeydə alınıb. Onların 27-si “isti izlər”lə açılıb.
DİN-dən verilən məlumata görə, axtarışda olduğuna görə 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.
(Reytinq:0)