Tarix : 2-09-2017, 08:27 | Bölmə: gundem, siyaset |
Jurnalist Mübariz Nağıyevin şərlənərək həbs edilməsi gümanına gələrək, jurnalist Mübariz Nağıyevin hüquqlarını müdafiə etmək məqsədi ilə müraciət















Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Azərbaycan Respublikasının BirinciVitse-Prezidenti Mehriban xanım Əliyevaya

Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov cənabına

Surəti: Azərbaycan Respublikasının Daxili İşlər Naziri Ramil Usubov cənabına

Surəti: Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti İdarəsinin rəisi Mədət Quliyev cənabına

Surəti: Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev cənabına

Surəti: Bərdə rayon Diaqnostik Mərkəzinin baş həkiminə

Hörmətli Prezident!

Hörmətli Mehriban xanım!

Hörmətli Zakir müəllim!

Hörmətli Ramil müəllim!

Hörmətli Mədət müəllim!

Hörmətli Oqtay müəllim!

Hörmətli Baş həkim !

Mətbu orqan olaraq, həmkarımız, jurnalist Mübariz Nağıyevin şərlənərək həbs edilməsi gümanına gələrək, jurnalist Mübariz Nağıyevin hüquqlarını müdafiə etmək məqsədi ilə Sizə müraciət edib xahiş edirik.

1. Jurnalist Mübariz Nağıyevlə, Bərdə rayon Dioqnastik Mərkəzinin həkimi Asif Muxtarovun arasında baş tutan çəkiliş istintaq tərəfindən yenidən araşdırılsın.

2. Mübariz Nağıyevin üzünə duracaq ona 500 manat verdiyini idda eden Asif həkimin istintaqa verdiyi ifadə ilə söylədiyi, “mən stolun üstünə atdım kim götürdüyün bilmədim verdiyi ifadə arasındakı ziddiyyət araşdırılsın.

3. Əgər Bərdə Dioqnastik Mərkəzinin həkimi Asif Muxtarovun çəkliş zamanı söylədiyi tikirlər doğrudursa, yəni tomorqafiya aparatının onun tərəfindən alınıb mərkəzdə quraşdırılması həqiqətdirsə, onda

a) Asif həkimlə Mərkəz arasında bağlanmış müqaviləyə dair

b) Asif həkimin sahibkarlıqla məşğul olmasına dair

c) Asif həkimin vergi ödəyicisi kimi qeydiyyatda durmasına dair

aidiyyatı qrumlara sorğu verilsin.

4. Əks təqdirdə Asif həkimin çəkiliş zamanı söylədikləri dövlət başçısının uğurlu siyasətinə, Heyder Əliyev Fondunun dəstəyinə qarayaxma kimi qiymətlədnirilsin.

5. Jurnalist Mübariz Nağıyevin həbsində birbaşa və dolayısı ilə iştirak edib Asif həkimə dəstək olan MTN-nin əməkdaşı olmuş Asif həkimin həmyerlisi və yaxın qohumu Adil müəllimin bu işdə birbaşa və dolayısı ilə fəaliyyətləri araşdırılsın.

Hörmətli Prezident!

Hörmətli Mehriban xanım!

Hörmətli Zakir müəllim!

Hörmətli Ramil müəllim!

Hörmətli Mədət müəllim!

Hörmətli Oqtay müəllim!

Sizdən araşdırılması xahiş kimi qoyulan məsələlər araşdırılarsa həqiqət ortaya çıxar və biz öz gümanımızda yanılmadığımızxı ortaya qoya bilərik.

İnanırıq ki, bizim sual kimi qoyduğumuz hallar nəzarətiniz altında diqqətlə araşdırılacaq.Həqiqət ortaya çıxacaq.

Əvvəlcədən minnətdarlığımızı bildiririk.

Hörmətlə: Zəmanət Əzim Tarix: 31.08.2017


Haqq nazilər amma üzülməz…

Dövlət başcısı İlham Əliyev cənablarının uğurlu dövlət siyasətinin bariz nümunəsi olan, “Regionlarımızın inkişafına dair Dövlət Proqramı” ölkəmizi regionda sözün həqiqi mənasında lider dövlətə çevirib. “ Regionların inkişafına dair imzalanıb həyata keçirilən “Dövlət Proqramı” ölkə başcısının daimi diqqət mərkəzində olub. Mütəmadi bölgələrə səfərləri çərçivəsində keçirdiyi müşavirələrdə, əhali ilə görüşlərində bu proqamın yerinə yetirilməsi istiqamətində verdiyi tövsiyyə və tapşırıqları laiqincə yerinə yetirilib. Bölgələrdə aparılan quruculuq işlərində, yenidənqurmada, həyata keçirilən hər bir qroqram müddası əhalimizin sağlam, bütün xidmətlərdən yüksək səviyyədə istifadə etməsi bu proqramın əsas tərkib hissəsi kimi dövlət proqramında qırmızı xəttlə keçib. Mövcud təhsil, səhiyyə və digər xidmət sahələrində əsaslə təmiz, yeni-yeni təhsil, səhiyyə ocaqlarının müasir standartlara uyğun qurulub əhalinin istifadəsinə verilməsi bu proqramın tərkib hissəsindən biridi. Yüksək səviyyədə tikilib istifadəyə verilən bu tip inzibati binaların müasir avadanlıqlarla təmin edilməsi bir neçə dəfə dövlət başçısının dilində səsləndirilib. Dövlət başçısı dəfələrlə bölgələrdə tikilib əhalinin sağlamlığı keşiyində duran xəstəxana və dioqnastik mərkəzlərin müasir avadanlıqlarla, tibbi ləvazimatlarla, yüksək texnologiya cavab verən dioqnastik aparatların məhz dövlət tərəfindən alınıb yerləşdirilməsini bir çox görüş və iclaslarında əhalinin nəzərinə çatdırmışdır. Əhalinin sağlamlığı keşiyində durmaqdan ötürü əhalinin pulsuz müainə və müalicəsini bu tip dövlət və özəl müəssisələrə tövsiyyə edərək, tapşırıq kimi qarşılarında qoymuşdur. Lakin bəzi yerlər də ölkə başçısının bu kimi tapşırıqlarına, apardığı uğurlu siyasətə kölgə salıb, əhalinin dövlətdən narazı salan, hakimiyyətin müxtəlif sahələrində yüksək vəzifə tutan “ havadarlarına” güvənib işlədiyi sahələrdə “ öz istəyin” həyata keçirənlər hələdə var. Bu “reallıq” lar öz “havadarlarına” güvənib, “burada mənəm Bağdad da kor Xəlifə” prinsipi ilə işləyib dövlət başçısının apardığı uğurlu siyasətə qara yaxmaqdan belə çəkinməyir. Hətda bəzən hakimiyyətdəki “havadarlarının” dəstəyindən yararlanaraq bir azda irəli gedib “fironluq” edirlər. Belələrindən biri haqqında bəzi güman və şübhələrimizi aidiyyatdı qurumların nəzərinə çatdırmaq niyyətindəyik.

Bərdə Dioqnastik Mərkəz tam dövlətin, Səhiyyə Nazirliyinin balansında olan bir səhiyyə ocağıdır. Məhz dövlət başçısı regionlara səfəri zamanı bu dioqnastik mərkəzdə olarkən əhali qarşısında çıxışında söyləmişdir ki, dövlət bütün imkanları hesabına bu cür Mərkəzləri müasir, yüksək standartlara cavab verən avadanlıqlarla təchiz edir ki, əhalimiz müainə və müalicədən ötürü uzun yollar qət edib paytaxta gəlməsin. Ölkə

başçısının bu fikrinə kölgə salan Bərdə Dioqnastik Mərkəzin həkimi Asif həkim, xəstələrin təkcə tomaqrafiya aparatından keçmək üçün 70 (yetmiş) manat istəməsi dediklərimizə bariz sübutdu. Şərləyərək tutdurduğu jurnalist Mübariz Nağıyevin həkimlə keçən dioloqundan görünür ki, Asif həkim nə dövlət, nə də onun qoyduğu qanunlara əməl edir. Açıq-aydın Asif həkimdən soruşurulur ki, axı bura dövlət xəstəxanasıdı, burada müalicə və müainədə pulsuz olmalıdır fikrinə Asif həkim etiraz edib, nə dövlət, dövlət salmısan, bu aparatı (tomaqrafiya aparatını nəzərdə tutur) özüm öz pulumla almışam. Qiymətidə özüm qoyuram. Tam açıq aydın səslənən bu fikirlər ölkə başçısının yuxarda misal çəkdiyimiz fikirlərinə kölgə salır. Doğurdanmı Asif həkim doğru deyir? Əgər doğru desə belə bu aparat dövlət qrumunda quraşdırılması heç bir halda qanuna müafiq deyil. O, halda bu hallar baş verə bilər ki, Asif həkim, tam bir iş adamı kimi həmin mərkəzdən icarəyə yer götürməli, dövlətin sahibkarlıqla məşğul olduğuna görə vergisini verməlidir. Əgər belə bir hal olmuş olsa idi Asif həkim bunu açıq bəyan etməkdə heç bir qanun pozuntusuna yol vermir. Lakin proseslər onu göstərir ki, Asif həkim deyilənə görə keçmiş MTN-nin rayon şöbəsinin birində işləyən kəndçisi və yaxın qohumuna güvənir deyirlər. Bunun belə olduğu tam açıqlığı indi görünür. Belə olmasaydı o vaxt Asif həkimin əməli barədə saytlarda dövrü mətbu orqanlarında gedən yazılar bir neçə gün ərzində necə yığışdırıla bilərdi...? Jurnalist Mübariz Nağıyevin həbsində isə Asif həkim istintaqda ifadəsində ona 500 manat verdiyi barədə yazsada məhkəmədə o deyilən bu 500 manat stolun üstünə atdığını, kimin götürüb götürmədiyini bilmədiyin söyləməzədi...

Jurnalist Mübariz Nağıyevin işi təkrar istintaqa qaytarılsa və hər tərəfli istintaq aparılsa aralarında yaranan dioloqun səs yazısı dəlil sübut kimi götürülsə inanırıq ki, çox qaranlıq mətləblərə işıq düşər. Dövlətin apardığı parlaq, uğurlu siyasətə kimin qara yaxdığı üzə çıxar. Sonda bu dövlətin qurucusu və memarı, Ulu öndər Heydər Əliyevin bir gözəl fikiri ilə fikirimizi bitirmək istəyirik. Dövlət iki halda sarsılar, “günahkar cəzasız qalanda, günahsız cəza alanda” İnanırıq ki, aidiyyatı qrum rəhbərləri bunu nəzərə alıb, bu işin yenidən istintaqını aparıb haqq-ədalətin öz yerini tutacağına çalışacaq.

Hörmətlə: Zəmanət Əzim

Tarix: 31.08.2017
(Reytinq:0)