intertv.az
intertv.az

"Bayram yeganə meyxanaçı idi ki..." - Namiq

31-08-2017, 12:05 164 488 dəfə baxılıb

"Bayram yeganə meyxanaçı idi ki..." - Namiq














Meyxanaçı Namiq Qaraçuxurlu mərhum həmkarı Bayram Kürdəxanılı ilə bağlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi ifasından zövq aldığı yeganə meyxanaçının məhz o, olduğunu vurğulayıb:

"İnstarqam-ı əyləncə səhifəsi hesab etdiyim üçün burada hüzür, faciə tipli xəbərlərin paylaşılmasını sevmirəm. Bacardığım qədər də buna riayət edirəm. Bu gün "Youtube" kanalımda illər əvvəl dediyimiz meyxananı görüb təsirləndim və paylaşdım ki, Bayram Kürdəxanılının ruhu şad olsun. Bayram yeganə meyxanaçı idi ki, onunla oxuyanda istirahət edirdim. Zövq verirdi, zövq alırdı".

Qeyd edək ki, meyxana ustası ötən həftə qəsəbə ərazisində yolu keçərkən Ramin Fərhadovun idarə etdiyi "Peugeot" markalı, "10 PS 782" dövlət seriya nişanlı avromobil onu vurub. Ağır kəllə-beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri alan meyxanaçını sürücü 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA