intertv.az
intertv.az

Azərbaycan qonşuları ilə pis münasibətdə olan ölkələr reytinqində beşincidir

28-07-2015, 11:48 78 dəfə baxılıb

Azərbaycan qonşuları ilə pis münasibətdə olan ölkələr reytinqində beşincidir






















Lakin reytinqin obyektivliyi şübhə yaradır

Azərbaycan qonşuları ilə pis münasibətdə olan ölkələr reytinqində birinci yeri tutub.

Bunu İqtisadiyyat və Sülh İnstitutunun (Institute for Economics and Peace) apardığı araşdırmalarda göstərildiyini “İndependent” qəzeti bildirib.

Reytinqin müəllifləri ölkələrə 1-dən 5-ə qədər olan qiymətlər veriblər. “5” bal alan ölkələr sırasında: Ukrayna, Rusiya, Şimali Koreya, Livan, Azərbaycan olub. Qəzetdə qeyd edilib ki, Rusiya 2014-cü ildə Krımın birləşdirilməsinə və Ukraynada münaqişənin sərhədləri aşacağı təhlükəsinə görə, üçüncü yeri tutub.

11 ölkə: Cənubi Sudan, Somali, Sudan, Pakistan, Liviya, Cənubi Koreya, İsrail, İran, Eritreya, Mərkəzi Afrika Respublikası və Ermənistan 4 xal toplayıb.

Qeyd edək ki, Azərbaycanın Ermənistandan başqa heç bir qonşu dövlət ilə problemi yoxdur. Bu ölkə ilə problem Ermənistanın Dağlıq Qarabağı işğalı nəticəsində meydana gəlib. Azərbaycan digər qonşuları – Türkiyə, Gürcüstan, Rusiya və İran ilə dostluq və tərəfdaşlıq münasibətlərinə malikdir. Bunun üçün də reytinqin obyektivliyi şübhə yaradır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA