Tarix : 30-05-2017, 09:03 | Bölmə: texnologiya |
Onlayn alış-veriş zamanı necə aldanmayaq?

















Son illər insanlar daha çox onlayn alış-veriş seçiminə üstünlük verirlər. Hər şey kompüterin bir düyməsi qədər yaxındır. Üstəlik, evə çatdırılma, alış-veriş mərkəzlərində saatlarla vaxt itirməmə variantını da unutmamaq lazımdır. Amma bu məqamda aldanmamaq da ciddi məsələdir.

Milli.Az musavat.com-a istinadən onlayn alış-veriş zamanı aldanmamanın yolları barədə yazır.

Mütəxəssislər isə electron alış-verişdə müştərilərin aldadılmaması üçün bir neçə maraqlı tövsiyyələr verir. Bunları bir-bir sadalayaq:

1.Alış-veriş saytı haqda araşdırma aparın

Online alış-veriş edəcəyiniz saytın kimə aid olduğu və ə qədər müddətdir fəaliyyətdə olduğuna dair bir araşdırma aoarın. Saytın rəsmi qeydiyyatının olması, etibarlılıq dərəcəsini isə onun "əlaqə" bölməsini araşdırmaqla müəyyənləşdirmək mümkündür. Heç bir halda tanınmamış, adı duyulmamış, məhşur olmayan saytardan alış-veriş etmək olmaz.

2. İstifadəçilərin rəyləri ilə tanış olun.

Alış-veriş etmədən öncə forumlarda və ya sosial şəbələrdə o markaya aid paylaşılan məlumatları oxuyun, istifadəçi rəyləri ilə tanış olun. Bununla dad aha öncəki təcrübələri oxuyub, özünüz üçün müəyyən nəticələr çıxara bilərsiz.

3.SSL sertifikatı olub-olmadığını yoxlayın.

Online alış-veriş xidməti təqdim edən bütün saytlar dünya miqyasında kredit kartı etibarlılığı üçün bir standart olan SSL sertifikatından istifadə etməyə məcburdur. SSL sertifikatı olmadan heç bir bankdan onlayn pos almaq imkanı yoxdur. Saytın bu sertifikata sahib olub olmadığını mütləq yoxlayın.

4. Ortaq kompüterləri istifadə etməyin.

Ortaq istifadə edilən kompüterlərdən alış-veriş etməyin. Bu kompüterlər üzərindən kredit kartı və şəxsi məlumatlarınızı əsla paylaşmayın.

5. Asan təxmin edilə bilməyəcək bir şifrə seçin

Online alış-veriş üçün bir sayta üzv olarkən başqaları tərəfindən asanlıqla təxmin edilə bilməyəcək bir şifrə seçməyə çalışın.

6. Uzaqdan məsafəli müqavilə yoxdursa...

Online alış-veriş saytları uzaqdan məsafəli satış müqaviləsi və ön məlumatlardırma formu təqim etməkdədir. Əgər alış-veriş həyata keçirən e -ticaret şirkəti bu müqaviləni təqdim etmirsə, bu saytlardan alış-veriş etməyin.

7. Qiymətləə bağlı məlumatlara diqqət edin.

Alış-etdiyiniz saytdakı məhsulların qiymətləri sizə inandırıcı gəlmirsə, şübhələrinizi ciddiyə alın, araşdırma aparın. Saytda göstərilən qiymət isə məhsulu onlayn səbətə atdığınız zaman görünən qiymətin eyni olub-olmadığına nəzarət edin.

8. 3D ödəmə sistemindən istifadə edin

3D ödəmə sistemi (şifrəli ödəmə), e-ticaret əməliyyatlarının etibarlılığını artırmaq məqsədilə inkişaf etdirilmiş özəl bir sistemdir. Daha dəqiq desək, həm satıcı, həm də alıcı üçün qoruyucu bir etibarlılıq mərhələsidir. Ona görə də 3D ödəmə variantını təqdim edən saytları seçin.

9. Fırıldaqçı online alverçilər daha çox arıqlamaq üçün vasitələr, ucuz kosmetika və işlənmiş elektronika təklif edir.

Bir çox hallarda tanınmış firmaların mallarının saxtasını təklif edirlər.

10. Alacağınız malın haqqında təsnifatlı məlumat öyrənin, çünki malı bəyənmədiyiniz təqdirdə geri qaytarmaq üçün tutarlı əsaslarınız olmalır.

Bundan başqa, mütəxəssislər qeyd edir ki, saytda onlayn ödəmə edərkən Ödəmə etdiyiniz bölməni tıklayanda saytın üzərində deyil, kənardan əlavə səhifə açılırsa ödəmə etməyin. Ödəmə səhifəsi dərhal açılmamalıdır, açılma prosesi saytın yüklənməsi prosesi kimi olmalıdır.
(Reytinq:0)