intertv.az
intertv.az

Təhsil Nazirliyi: Bakı və Sumqayıtda beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri yaradılıb

17-04-2015, 14:54 497 dəfə baxılıb

Təhsil Nazirliyi: Bakı və Sumqayıtda beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri yaradılıb


“Beynəlxalq fənn olimpiadalarına hazırlıq bu gün Təhsil Nazirliyinin qarşısında duran əsas məsələlərdən biridir. Artıq Bakı və Sumqayıt şəhərində beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri yaradılıb, hazırda həmin mərkəzlərdə işlər davam etməkdədir. Hər iki mərkəzdə ümumi fənlər üzrə 100-dən çox şagird olimpiadaya hazırlıq məşqlərində iştirak edir. Böyük ehtimalla ayın sonunda bu şagirdlər üçün yay olimpiada məktəbi təşkil ediləcək”.

Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramlar şöbəsinin pilot layihələrlə iş sektorunun aparıcı məsləhətçisi Fuad Qarayev deyib.

Onun sözlərinə görə, beynəlxalq fənn olimpiadalarının keçirilməsi qaydaları var və onları dəyişmək Təhsil Nazirliyindən asılı deyil. F. Qarayev qeyd edib ki, ancaq Azərbaycan məktəblilərinin beynəlxalq fənn olimpiadalarında daha ciddi nailiyyət əldə etməsi, daha çox medalların qazanılması üçün müxtəlif tədbirlərin görülməsi planlaşdırılır: “Mayın ilk həftələrində riyaziyyat və fizika olimpiadaçılarımız beynəlxalq olimpiadalardan əvvəl keçirilən müxtəlif regional olimpiadalarda iştirak edəcəklər. Təhsil nazirinin əmri ilə 11 nəfərdən ibarət olan komanda - 6 şagird riyaziyyat, 5 şagird fizika fənnindən olmaqla, Balkan riyaziyyat olimpiadası və Asiya fizika olimpiadasında iştirak edəcək. Bundan əlavə, olimpiadalardan geri qayıtdıqdan sonra həmin şagirdlər üçün Azərbaycanda olimpiada işləri ilə məşğul olan mütəxəssislərin iştirakı ilə olimpiadaçıların yay məktəblərinin təşkili nəzərdə tutulur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA