intertv.az
intertv.az

3 uşağı olanlara da müavinətlər verilməlidir

2-05-2017, 06:07 77 dəfə baxılıb

3 uşağı olanlara da müavinətlər verilməlidir

















“Çünki son vaxtlar 1 və 2 uşaqlı ailələrin sayı üstünlük təşkil etməyə başlayıb”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan hökuməti tərəfindən çoxuşaqlı, aztəminatlı, eləcə də qaçqın və məcburi köçkün ailələrinin rifah halının yaxşılaşdırılması üçün əhəmiyyətli işlər görüldüyünə dair məlumat yayıb.

Bildirilib ki, "Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna əsasən, ünvanlı sosial yardım almaq hüququ olduqda 1 yaşınadək uşağı olan aztəminatlı ailələr müavinət ala bilər. 5-dən çox uşaq dünyaya gətirib tərbiyə edən qadınlara uşaqların sağ olması şərtilə və axırıncı uşaq 1 yaşına çatdıqda hər uşağa 30 manat müavinət ala bilər.

Rəsmi məlumata görə, 2016-cı ilin əvvəlinə 8984 nəfər qadın 5-dən çox uşağı olduğuna görə müavinət alır.

Komitənin bu məlumatı cəmiyyətdə əsas müzakirə predmetlərindən birinə çevrilib. Fikirlər isə müxtəlifdir. Kimisi hökumət tərəfindən atılan bu addımları Azərbaycanda çoxuşaqlı ailələrin sayının artması üçün bir stimul olaraq görür və təqdir edir. Əksəriyyət isə verilən müavinətin miqdarından narazılıq edir ki, bu qədər vəsaitə görə heç bir valideyn çoxuşaqlı ailə olmaq istəməz.

"Altay” Strateji Araşdırmalar Mərkəzinin (ASAM), iqtisadçı-ekspert Elçin Bayramlı isə "Şərq”ə açıqlamasında 5-dən çox uşaq dünyaya gətirib tərbiyə edən qadınlara hər uşağa görə 30 manat müavinət verilməsinin müsbət və çox vacib addım olduğunu deyib. Bu addımın ailələrin artımını stimullaşdırmaq üçün atıldığını qeyd edən iqtisadçının sözlərinə görə, inkişaf etmiş ölkələrin demək olar ki, hamısında belə tədbirlər həyata keçirilir. Müavinətin miqdarı və şərtləri barədə tənqidlərə gəldikdə isə ASAM sədri bunun ilkin mərhələ olduğunu deyib:

"Gələcəkdə həm məbləğin artırılacağı, həm də uşaq sayının 5-dən 3-nə endirilməsi mümkündür.

Təbii ki, bu prosesdə əsas məsələ maliyyə mənbəsidir və dövlət büdcəsinin imkanları nəzərə alınır. Azərbaycan sosial dövlət olduğundan bizdə büdcədən ümumi sosial ödənişlərin payı yüksəkdir. Hesab edirəm ki, büdcəmiz artdıqda bu sahəyə vəsaitlər də artırılacaq. Məncə, ilk imkanda müavinəti 3-cü uşaqdan başlayaraq və yaşayış minimumu həddində verilməsi daha yaxşı olar. Çünki son vaxtlar 1 və 2 uşaqlı ailələrin sayı üstünlük təşkil etməyə başlayıb.

Bunun qarşısı isə vaxtında alınmasa, genefondumuz və demoqrafik vəziyyətimiz pisləşə bilər. Ailədə 1 uşaq böyüməsi isə psixoloji cəhətdən də problemdir. Ümidvaram bu istiqamətdə dövlət proqramı adekvat və artan xətlə davam edəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA