intertv.az
intertv.az

Zemfira Məmmədova Qərb Universitetində təhsil və tədrisi UÇURUMA SÜRÜKLƏYİR

28-11-2016, 11:15 183 dəfə baxılıb

Zemfira Məmmədova Qərb Universitetində təhsil və tədrisi UÇURUMA SÜRÜKLƏYİR












Azərbaycanda təhsil sahəsində ciddi problemlərin olması hər kəsə məlumdur. Dövlət büdcəsindən ayrılan milyonlarla manat vəsaitlər təhsil sahəsinə yönləndirilməsinə baxmayarq bu sahədə ciddi problemlərin olduğu göz önündədir.

Dövlət və özəl ali tədris ocaqlaırnda son illər acınacaqlı durumlar, əsasəndə rüşvət, davamiyyətsizlik, tələbələrə qarşı zorakılıq, kobudluq və sair hadisələr günü-gündən artmaqdadır. Belə tədris ocaqlarından biri isə ölkəmizdə az-çox tanınan universitetlərdən biri olan Qərb Universitetidir.

Məlumatda qeyd edilir ki, Qərb universitetində təhsil və tədris acınacaqlı durumdadır. Belə ki, tələbələrə qarşı diktatura rejimi onların sıxışdırılması və bir çox imtahanlarda rüşvətin alınması bu amilləri hər gün artırır.Saytımıza adının açıqlanamsını istəməyən universitet müəllimlərindən biri qeyd edir ki, Qərb universiteti əslində sadə vətəndaşlar üçün deyil, məmurlara lazımdır.(aztoday)Hər kəs yaxşı bilir ki, ölkədə vəzifədə işləyən müxtəlif çaplı məmurlar məhz Qərb Universitetinin məzunu olublar. Ancaq bu məzunlar heç vaxt universitetə imtahan verib qəbul olunmayıblar. Onlar bunun üçün böyük pullarından keçib tələbə adını qazanıblar. Bu gün ölkənin müxtəlif media qurluşlarında Qərb Universitetinin xeyri ilə bağlı yazılar dərc edilir. Ancaq universitet tələbələri ilə açıq görüş keçirilsə o zaman bu tədris ocağında nələrin baş verdiyini aydın görəcəyik".

Mənbəmiz universitetdə Baloniya sisteminin necə tətbiq olunduğu və tələbələri sıxışdırmaq üçün hansı yollardan istifadə edildiyilə bağlı məlumatları redaksiyamıza təqdim edib. Həmn məlumatları araşdırmaqdayıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA