intertv.az
intertv.az

Rusiyada partlayış: Bina dağıldı, sakinlər dağıntılar altında qaldı

6-11-2016, 06:10 102 dəfə baxılıb

Rusiyada partlayış: Bina dağıldı, sakinlər dağıntılar altında qaldı

















Rusiyanın İvanovo şəhərində ikimərtəbəli bina qaz sızmasından partlayıb.

Trend verdiyi məlumata görə, hadisə nəticəsində binanın 80 kvadrat metrlik hissəsi uçub.

Qismən uçan binanın dağıntıları altından 5 sakin xilas edilib, onlardan biri ciddi xəsarət alıb. APA-nın xəbərinə görə, bu barədə "RİA Novosti"yə Rusiya FHN-nin bölgə üzrə Baş İdarəsindən bildirilib.

"Birinci blokdan 6 nəfər, ikinci blokdan isə 8 nəfər təxliyə olunub, dağıntılar altından 5 nəfər xilas edilib, onlardan biri ciddi xəsarət alıb", - deyə FHN-dən bildirilib.

Həmçinin, dağıntılar altından iki nəfərin səsinin eşidildiyi bildirilir.

Məlumata görə, dağıntının sahəsi 80 kv.m. təşkil edib. Binada ümumilikdə 19 sakin qeydiyyata alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA