intertv.az
intertv.az

İlhamə Quliyeva: Mən birinci deyiləm, bir rəqəmi məndən sonra gəlir – VİDEO

6-07-2015, 14:03 225 dəfə baxılıb

İlhamə Quliyeva: Mən birinci deyiləm, bir rəqəmi məndən sonra gəlir – VİDEO





















“Bəli, mən özümdən razıyam”

Hərdən mənimçün deyirlər ki, İlhamə xanım çox özündən razıdır.

Bəli, mən özümdən razıyam, artıqlaması ilə razıyam, çünki mən yaxşı sənətkaram, yaxşı insanam. Deyir ki, hər bir kəs özünə hörmət etməlidir, hər bir kəs özünü istəməlidir.

Bunu Azərbaycanın xalq artisti İlhamə Quliyeva ATV telekanalının efirində “Mənə bir az ondan danış” verilişində bildirib.

Müğənni xüsusilə vurğulayıb ki, o, birinci deyil.

“Bir rəqəmi məndən sonra gəlir”, - deyə, İ.Quliyeva bildirib.

Xalq artisti həmçinin şou-biznesdəki bəzi həmkarlarına da atmaca atıb:

“İndi təzə dəb yaranıb. Yerindən duran başına tac taxır. Mədəniyyət xadimi insanlara mədəni xidmət etməlidir. Bizim mədəniyyətimiz sizə məxsusdur. Allah sizi mənə çox görməsin. Elə deyim ki, sizi mənə çox görməsin, məni də sizlərə. Mən sizi çox istəyirəm, sizlər üçün yaşayıram və yaradıram”, - deyə, primadonna bildirib.

Qeyd edək ki, bir müddət əvvəl digər xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova başında tac ilə çəkdirdiyi şəkli sosial şəbəkələrdə paylaşmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA