intertv.az
intertv.az

AXCP Rəyasət Heyətinin üzvü keçmiş cəbhəçini döydü - Partiya narazılara qarşı zorakılığa keçdi

2-07-2015, 14:42 129 dəfə baxılıb

AXCP Rəyasət Heyətinin üzvü keçmiş cəbhəçini döydü - Partiya narazılara qarşı zorakılığa keçdi




















Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Nərimanov rayon təşkilatının sabiq şöbə müdiri, partiyadan kənarlaşdırılan Ağaşirin Tanrıverdioğlu bu gün fiziki təzyiqə məruz qaldığını bildirib

A. Tanrıverdioğlu APA-ya açıqlamasında bildirib ki, bu gün Nərimanov rayonu ərazisindəki kafelərdən birində istirahət edərkən AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimli qəfildən kafeyə girərək, onu döyməyə başlayıb: " Yanında tanımadığım bir nəfər də vardı. Mənim üzümə xəsarət yetirdilər. Səbəbini soruşanda partiya əleyhinə fəaliyyətimə görə belə davrandığını dedi. Hazırda üzümdə xəsarət izləri var".

A. Tanrıverdioğlu hadisə ilə bağlı Nərimanov rayon 18-ci polis bölməsinə şikayət etdiyini deyib.

S. Kərimli APA-ya faktı təsdiq edərək deyib ki, A.Tanrıverdioğlu onu sosial şəbəkədə təhqir etdiyi üçün ona bir şillə vurub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA