intertv.az
intertv.az

İki uşaq anası əsəbiləşdi, intihara cəhd etdi — Zaqatalada

18-09-2016, 08:27 53 dəfə baxılıb

İki uşaq anası əsəbiləşdi, intihara cəhd etdi — Zaqatalada

















Zaqatalada iki uşaq anası dərmandan zəhərlənib

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, sentyabrın 17-i axşam saat 18:30 radələrində rayonun Muğanlı kənd sakini, iki uşaq anası olan, 1990-cı il təvəllüdlü Cəmilə Sabir qızı Musayevə zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi zamanı Cəmilə Musayeva əsəbiləşdiyi üçün müxtəlif adlarda 21 dərman həbi içdiyini bildirib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Cəmilə Musayevanın vəziyyəti həkim müdaxiləsindən sonra stabilləşib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA