intertv.az
intertv.az

Batan gəmidə ölənlərin sayı 800-ə çatdı

21-04-2015, 09:55 130 dəfə baxılıb

Batan gəmidə ölənlərin sayı 800-ə çatdı

Siciliya boğazında qeyri-qanuni miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində ölənlərin sayı 800-ə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarlığından bildiriblər.

“Qəzada 800 nəfərin öldüyü təsdiqlənib”, təşkilatın nümayəndəsi deyib.

Məlum olduğu kimi, aprelin 19-da miqrantları daşıyan kiçik gəmi Liviyanın paytaxtı Tripoli şəhəri yaxınlığından dənizə çıxıb. Gəmidə Əlcəzair, Misir, Somali, Nigeriya, Seneqal, Mali, Zambiya, Qana və Banqladeş vətəndaşları yer alıb.

Son məlumatlara əsasən, 27 nəfərin həyatını xilas etmək mümkün olub. İtaliya polisi qeyri-qanuni miqrantların daşınmasının təşkilində şübhəli bilinən 2 nəfəri saxlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA