intertv.az
intertv.az

İmişlidə ağır qəza - 5 yaralı

14-08-2016, 10:44 94 dəfə baxılıb

İmişlidə ağır qəza - 5 yaralı














İmişlidə 5 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Report-un məlumatına görə, hadisə ötən gün gecə saatlarında İmişli-Kürdəmir avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Əvvəlcə “QAZ-53” markalı avtomobil yolun kənarında dayanan traktora çırpılıb. Bundan sonra Balakən rayon sakini, 32 yaşlı Kənan Fazil oğlu Lələyev idarə etdiyi TIR-ı saxlaya bilmədiyindən “QAZ-53” markalı avtomobilə çırpılıb. Nəticədə TIR-ın sürücüsü də daxil olmaqla “QAZ-53”ün kuzovunda olan Saatlı rayon sakinləri - 18 yaşlı Cavid Cəfər oğlu Abbasov, 25 yaşlı Zülfüqar Yadigar oğlu Qurbanov, 17 yaşlı Əkbər Valeh oğlu Fətullayev və 17 yaşlı Elşən Mehman oğlu Fətəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq onlara ilk tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Cavid Abbasovun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA