intertv.az
intertv.az

Qorunan əmanətlərin faizi artırılsın – TƏKLİF

9-08-2016, 16:35 98 dəfə baxılıb

Qorunan əmanətlərin faizi artırılsın – TƏKLİF


















Mərkəzi Bankın qərarı bu məsələni aktuallaşdırıb

“Mərkəzi Bankın uçot dərəcəsini 9,5%-dək yüksəltməsi qorunan əmanətlərdə sığortalanan faiz dərəcələrinin dəyişdirilməsini daha da aktuallaşdırıb”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri (CESD) Vüqar Bayramov öz “Facebook” səhifəsində yazıb.

“Dollar ilə cəmi 3, milli valyuatada yalnız 12%-dək divident təklif edən əmanətlərin sığortalanması banklar müflis olan zaman qorunmayan əmanətlərin məbləğini artırmaqla yanaşı, onların geri ödənilməsini, praktik olaraq mümkünsüz edir.

Son müflis olan 4 bankda da ən ciddi problem məhz qorunmayan əmanətlərin geri qaytarılması ilə bağlıdır. Həmin əmanətlərin qorunmaması isə məhz sığortalanan əmanətlərdə dividentlərə olan limit faizi ilə bağlıdır.

Rəsmi uçot dərəcəsi artıq iki rəqəmli həddə yaxınlaşdığı üçün milli valyutada qorunan əmanətlər üzrə faiz dərəcəsinin 18%-dək artırılmasına ehtiyac var.

Bu manatla yüksək faizli depozit saxlayanların faiz gəlirini artırmaqla yanaşı, onların qorunmasına və bank müflis olduğu halda batmasına deyil, geri qaytarılmasına gətirib çıxara bilər”, - deyə iqtisadçı qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA