intertv.az
intertv.az

Bərdədə aksiya başladı, yol bağlandı

2-08-2016, 15:03 108 dəfə baxılıb

Bərdədə aksiya başladı, yol bağlandı















Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bərdə rayonunun Mustafaağalı kənd sakinləri etiraz aksiyası keçirərək, Bərdə-Ağcabədi aftomobil yolunu bağlayıblar. Aksiyaçıların etirazı “Azərqaz”a olub.

Cebhe.info-nun bölgə müxbirinin xəbərinə görə, kənd sakinləri kəndə qaz çəkilişinin dayandırılmasına etiraz ediblər.

Əraziyə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilsə də, bir müddət aksiyanı yatırmaq mümkün olmayıb. Lakin rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsəyev sakinlərlə söhbət apardıqdan sonra aksiyaçılar dağılışıb.

Hazırda yol tamamən açılaraq nəqilyyatın hərəkəti bərpa olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA