intertv.az
intertv.az

İmişlidə qəza: Ölən və yaralanan var

30-07-2016, 11:39 79 dəfə baxılıb

İmişlidə qəza: Ölən və yaralanan var




















Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır

İmişlidə üç avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gecə İmişli şəhəri H.Əliyev prospektində baş verib.

Baş verən zəncirvari qəzada İmişli rayonu Aranlı kənd sakini, 1992-ci il təvəllüdlü Babaşov Tacir Azər oğlu, Beyləqan sakini, 1992-ci il təvəllüdlü Ansurov Vüqar Vüqar oğlu, İmişli rayonu Otuziki kənd sakini, 1989-cu il təvəllüdlü Muradov Elvin Etibar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli rayon xəstəxanasına yerləşdiriliblər.

“Mercedes” markalı avtomobilin sürücüsü İmişli rayon sakini, Quliyev Arif Zaur oğlu isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA