intertv.az
intertv.az

Komitədən ittiham: İcra hakimiyyətləri torpaqları qanunsuz satıb

13-07-2016, 11:47 110 dəfə baxılıb

Komitədən ittiham: İcra hakimiyyətləri torpaqları qanunsuz satıb




















İcra hakimiyyətləri və bələdiyyələr 1204 hektar torpaq sahəsi ilə bağlı 245 qanunsuz qərar qəbul ediblər

Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə torpaqlardan istifadə ilə bağlı çoxsaylı pozuntu hallarını aşkar edib.

Komitədən verilən məlumata görə, aparılan monitorinq və müşahidələr nəticəsində aşkar edilib ki, respublika üzrə mövcud olan 1,8 mln. hektar əkin sahəsinin 198 min hektarı (11,3%) istifadə olunmur.

Əkin sahələrinin bir hissəsi başqa məqsədlərlə istifadə edilir. 2,6 min hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 91 qanunsuz daş, qum-çınqıl karxanaları, 6 min hektar torpaq sahəsində isə 222 qanunsuz balıq gölləri yaradılıb.

Torpaqların qanunsuz istifadəsində, ümumiyyətlə, bu sahədə pozuntuların əsas səbəblərindən biri yerli icra hakimiyyətləri və bələdiyyələrin torpaqların ayrılması ilə bağlı qanunsuz qərarları olub.

Belə ki, araşdırmalar göstərib ki, icra hakimiyyətləri və bələdiyyələr 1204 hektar torpaq sahəsinin qanunsuz istifadəyə, icarəyə, mülkiyyətə verilməsinə, təyinatının qanunsuz dəyişdirilməsinə dair 245 qərar qəbul ediblər.

Bundan başqa, yerli icra hakimiyyətləri və bələdiyyələr kənd təsərrüfatı torpaqlarını bəzi hallarda qanunsuz olaraq digər məqsədlərlə ayırırlar. Yerli icra hakimiyyətləri tərəfindən 72 min hektar torpaq sahəsi, bələdiyyələr tərəfindən 15 minə yaxın hektar qeyri-kənd təsərrüfatı məqsədləri üçün ayrılıb. 122 min hektar torpaq sahəsi isə keçmiş icarəçilər tərəfindən icarə müqaviləsi olmadan istifadə edilir.

İcarəyə verilən dövlət torpaqlarının bir hissəsindən, ümumiyyətlə istifadə edilmir. Belə ki, respublikanın şəhər və rayonları üzrə 20 minə yaxın torpaq icarəçisinin istifadəsində olan 1,2 mln. hektar torpaq sahəsinin 44.3 min hektarı faktiki istifadəsiz qalıb.

Bu sahədə nəzarəti həyata keçirən torpaq müfəttişləri 19.2 min pozuntu halı aşkar ediblər, bundan 4479 hal ciddi pozuntu (13686 fərdi yaşayış evi istisna olmaqla) hesab olunur. Bu hallarla bağlı fiziki və hüquqi şəxslərə 1169 xəbərdarlıq edilib, 349 inzibati protokol tərtib olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA