intertv.az
intertv.az

Şəkidə 5 yaşlı uşaq faciəvi şəkildə öldü

20-06-2016, 10:13 57 dəfə baxılıb

Şəkidə 5 yaşlı uşaq faciəvi şəkildə öldü




















Araşdırma aparılır

Şəkidə kimyəvi məhlul içən 5 yaşlı uşaq ölüb.

APA xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, iyunun 19-u axşam saat 20:30 radələrində rayonun Cəfərabad kənd sakini, 2011-ci il təvəllüdlü Mövlud Nəzir oğlu Qafarov kəskin zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Məlum olub ki, 5 yaşlı M.Qafarov yaşadığı evdə dezinfeksiyaedici və həşəratları məhv etmək üçün istifadə olunan “Neasidol” kimyəvi məhlulunu saxlandığı yerdən götürərək içib.

Həkimlərin səylərinə baxmayaraq, M.Qafarov xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SOSİAL
DÜNYA